Azərbaycanın Baş naziri Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb. Bu barədə anmedia.az-a Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar barədə söhbət açılıb. Görüş zamanı Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında Ardı
Bu ay Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib. Anmedia.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. Məlumatda deyilir ki, depozit 6 aya qaytarmaq şərti ilə yerləşdirilib. Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və qaydaları çərçivəsində həyata keçirilib və ötən Ardı
Ötən il Azərbaycanda ən çox doğumun qeydə alındığı bölgələr açıqlanıb. Bu barədə Ədliyyə Nazirliyindən anmedia.az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumata görə, 2021-ci ildə doğum daha çox Cəlilabad, Şəmkir, Lənkəran, Xaçmaz və Salyan rayonlarında qeydə alınıb. Ardı
Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya “Dostluq” ordeni ilə təltif edilib. Anmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə mükafatlandırılıb. Ardı
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə anmedia.az-a Azərbaycan Müdafiə Nazirliyindən Ardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Makuriyanı videoformatda qəbul edib. Anmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ardı
Lənkəranda narkotacir ana və oğul saxlanılıb. Bu barədə anme Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumat verilib. Bildirilib ki, Lənkəranda Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri növbəti ardıcıl əməliyyat-axtarı tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər Ardı
Milli Məclisin İntizam Komissiyasının tərkibi yenidən müəyyənləşir. Anmedia.az-ın məlumatına görə, “Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında” qərar layihəsi parlamentin yaz sessiyası çərçivəsində keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib. Layihəyə əsasən, İntizam Komissiyasının aşağıdakı tərkibdə yaradılması təklif olunur: Eldar İbrahimov Ardı
Azərbaycan parlamenti Şuşa Bəyannaməsini təsdiq edəcək. Anmedia.az xəbər verir ki, Milli Məclisin yaz sessiyası çərçivəsində fevralın 1-də keçiriləcək ilk plenar iclasının gündəliyinə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanunun layihəsi daxil edilib. Ardı
Bu gün ABŞ Prezidenti Co Baydenlə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olacaq. Anmedia.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Tərəflər Ukraynanın Rusiya ilə sərhədlərindəki təhlükəsizliklə bağlı vəziyyətə, habelə “Normand dördlüyü” çərçivəsində baş tutan dünənki görüşə diqqət yetirəcəklər. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.