Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması iddialarını təkzib edib. Anmedia.az xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib. "Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin Ardı
Ukrayna bu gün ilk dəfə Dövlətçilik Gününü qeyd edir. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” hesabında paylaşım edib. “Biz təslim olmayacağıq. Biz ruhdan düşməyəcəyik. Bizi qorxutmaq mümkün deyil. Ukrayna müstəqil, azad, bölünməz dövlətdir. Və həmişə belə olacaq”, - deyə Ukrayna Prezidenti bayram münasibətilə yazıb. Eyni zamanda Prezident Ardı
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi Gəncə şəhərinin ətrafında sənaye parkının yaradılması imkanlarını nəzərdən keçirir. Bunu “Report”a açıqlamasında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib. “Ölkənin digər yerlərində sənaye parklarının yaradılması ilə bağlı məsələyə mütəmadi olaraq baxılır. Amma sənaye parklarının Ardı
İyulun 29-a olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən ANmedia.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° Ardı
“Qarabağ” UEFA Çempionlar Liqasının təsnifat mərhələsində ən çox qol vuran klublardan biridir. ANmedia.az xəbər verir ki, Qurban Qurbanovun komandası 10 qolla ilk “3-lük”də yer alır. Birinci pillədə Norveçin “Budyo Qlimt” (12 qol), ikinci yerdə isə İslandiyanın “Vikinqur” (10) qol klubları qərarlaşır. Həmçinin ağdamlılar ən çox hücuma çıxan komandalar siyahısında da Ardı
Dayanacaq nişanı olsa da, burada sərnişinlərə görə saxlayan avtobuslara cərimələr yazılır. M4 yolunun "Sulutəpə dairəsi"ndən üzü Xocahəsən qəsəbəsi istiqamətində gedən hissəsindəki dairədən sonrakı dayanacaqda sürücülər sərnişin düşürüb-mindirə bilmirlər.Buna səbəb təhlükəsiz şəhər kamerası vasitəsilə onlara cərimə yazılmasıdır. Halbuki ərazidə 5.12 nişanı var. Həmin Ardı
18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib. C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gəlib. “Domus Arena”dakı qarşılaşma Azərbaycanın 76:65 hesablı qələbəsi ilə başa çatıb. Yığma qrupdakı dördüncü oyununu iyulun 28-də Moldovaya Ardı
Son vaxtlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) işləmək üçün müraciət edənlərin sayı çoxalıb. Bu barədə səhmdar cəmiyyətin açıqlamasında bildirilir. Qurum bəyan edib ki, dənizçilərin işə qəbulu yaranmış tələbat daxilində ASCO-nun tabeliyində olan Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində Azərbaycan Dənizçilik Kollecinin məzunları arasından Ardı
Azərbaycanda son gündə koronavirus əleyhinə 2 289 vaksin vurulub. Bu barədə Anmedia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Gün ərzində birinci doza vaksinlərin sayı 464, ikinci doza vaksinlərin sayı 104 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 440-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin Ardı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anmedia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.