Təhsil həyatımıza müasir metodlar daxil olduqdan sonra ənənəvi təlim metodlarını tənqidetmək bir modaya çevrildi. Hətta ənənəvi metodun fəaliyyət göstərdiyi məktəbi çoxları aşağılayıcı şəkildə “yaddaş məktəbi” adlandırdı. Lakin zaman keçdikcə ənənəvi təlimmetodları öz aktuallığını qoruyub saxlaya bildi. Aşağıda ən aktiv ənənəvi təlim metodları haqqında məlumat verəcəyik. Nəqletmə - ifadənin xüsusi formasıdır. Əsasən, faktiki məlumatları təsvir və danışmaqyolu ilə çatdırır. Nəqletmə zamanı pedaqoq şəxsi hazırlığından məharətlə istifadə edir. Buzaman o, digər pedaqoqların da peşə təcrübəsindən yararlanır. Nəqletmə zamanı təqdim edilən faktların verilməsinə, təlimin əyani vasitələrinin tətbiqinəvə mövzusuna istiqamətləndirmək vacibdir. Çalışmaq lazımdır ki, uşaqlar sonda müstəqil şəkildə ümumiləşdirmələr apara bilsinlər. Müsahibələr — də ənənəvi təlim metodlarına aid olmaqla bir-birindən fərqlənə vəmüxtəlif məna daşıya bilər : 1) Təşkiledici və giriş söhbət, məşğələ başlayan zaman aparılır, məqsəd əvvəl öyrənilmişmaterialın şagirdlər tərəfindən hansı səviyyədə mənimsənilməsini öyrənməkdir. Müəllimbununla həm də şagirdin qarşıdakı məşğələdə duran tapşırığı necə başa düşməsini öyrənə bilir; 2) Məlumatverici söhbət, məqsəd yeni biliklər haqqında məlumat verməkdir. Belə söhbət katexizik (sual və cavablar etiraz doğurmur, sonra cavablar yadda saxlanılır), sokratik(müəllimə qarşı yumşaq, nəzakətli, amma etiraz və tərəddüd özündə nümayiş etdirən), evrestik (şagirdi problem qarşısında qoyurlar, o, müəllim tərəfindən qoyulmuş suallara özcavablarını verməlidir. Məhz evrestik müsahibə təhsil sahəsində geniş yayılmışdır; 3) Sintezedici müsahibə, şagirdlərin əldə etdiyi bilikləri sistemləşdirmək vəümumiləşdirmək məqsədi ilə aparılır; 4) Nəzarət — korrektəedici müsahibə, biliklərin diaqnostikasını aparmaq və ya bu bilikləri dəqiqləşdirmək, inkişaf etdirmək, onlara əlavələr etmək məqsədi ilə aparılır. İzah — hər hansı hadisə, proses və faktın mənasını açmaqla tətbiq edilir, buna görə dəoradakı səbəb-nəticə əlaqələri ardıcıllıqla verilir. Hər hansı bir fənnin nəzəri əsasları öyrədilərkən izaha ehtiyac duyulur. Bu zaman teoremisbat edilir, riyaziyyat, fizika, kimya və coğrafiyadan məsələ həll edilir. Eyni zamandatəbiətdə baş verənlərin, insan fəaliyyətinin, sosial-mədəni hadisələrin köklü səbəb vənəticələri araşdırılaraq şərh edilir.
Təlim diskussiyası — idraki maraqları stimullaşdırmaq məqsədilə hər hansı konkret problemə dair fikir mübadiləsi aparmaq məqsədi daşıyır. Kitab üzərində iş — (oxumaq üçün təlim materialı üzərində iş) təlim metodu kimi şagirdlərin dərslik və dərs vəsaitinin strukturu ilə tanışlıq, ona nəzər salmaq, ayrı-ayrı elementlərini oxumaq, informasiyaları öyrənmək, hər hansı suala cavab tapmaq üçünaxtarışlar aparmaq, daha vacib olan parçaların qeyd edilməsi, tapşırıq və testlərin yerinəyetirilməsi, məsələ və misal həlli və s. təlim hərəkətlərini nəzərdə tutur. Lazım gəldikdə kitabüzərində iş modifikasiya oluna bilər. Nümayişetdirmə metodu — bu metod lazımi təlim materialını göstərmək deməkdir. Onunvəzifəsi şagirdin tədqiq etdiyi obyekt, proses və hadisəni bilavasitə dərsin gedişi zamanı əyani olaraq görməsinə hesablanmışdır. Çalışmalar — öz mahiyyəti etibarilə praktik və əqli hərəkətlərin şüurlu şəkildə təkrarındanibarətdir və peşə bacarıq və vərdişlərinin formalaşmasına istiqamətlənmişdir. Çalışmalar dialektik təyinatına görə bir neçə formaya bölünür: 1) Başlanğıc çalışmalar, adətən, praktik nümayiş etdirmədən sonra aparılır və məqsədi nümayiş etdirilmiş hərəkətlərin lazımi şəkildə yerinə yetirilməsinə nail olmaqdır; 2) Əsas çalışmalar, məqsədi müəyyən hərəkətlərin tələb olunan səviyyəyə çatdırılması vəbir sıra bacarıqları formalaşdırmaqdır; 3) Məşqedici çalışmalar, məqsədi artıq əldə olunmuş vərdişlərin saxlanılması vəbacarıqların yüksək səviyyəyə çatdırılmasıdır. Digər bir prinsip üzrə aparılan təsnifat aşağıdakı kimidir: 1) Xüsusi çalışmalar, bu dəfələrlə təkrar olunan və pedaqoji vəzifələrlə şərtlənən bacarıqvə vərdişlərin möhkəmlənməsinə yönələn çalışmalardır; 2) Törəmə çalışmalar, bunlar elə çalışmalardır ki. tərkibinə əvvəl tətbiq olunmuşelementlər daxildir. Əvvəllər formalaşmış bilik və bacarıqların möhkəmlən-dirilməsi və təkraredilməsinə yardım etmək məqsədi daşıyır. Qarşılıqlı öyrənmə — bunu təlimin şagirdlərin qarşılıqlı əlaqəsinə əsaslanan spesifikmetodu adlandırmaq olar. Onların nəzəri biliklərində, praktik hazırlıq və bacarıqlarında olanfərq burada əsas rol oynayır. Metodun mahiyyəti ondan ibarətdir ki, şagirdlər öz aralarındaəsas və əlavə məlumatlarla fikir mübadiləsi aparır, birlikdə bacarıq və vərdişlər əldə edir, təlim materialını hansı səviyyədə öyrəndiklərini yoxlayırlar. Qarşılıqlı öyrənmə müxtəlif formada ola bilər: — cüt qarşılıqlı öyrənmə, burada iki şagirddən hər biri növbə ilə öz üzərinə müəllim və yaşagirdin rolunu götürür; — qrup şəklində qarşılıqlı öyrənmə, qrup üzvlərindən birinə hər hansı bir fənn və yamövzu üzrə məsləhətçi rolu verilir və o, qrup qarşısında çıxış edir; — kollektiv qarşılıqlı öyrənmə, məsləhətçilər növbə ilə qrup qarşısında xüsusi məsələlərədair çıxış edirlər. Bəzən də ən bacarıqlı məsləhətçi şagirdlərin biliyinin qiymətləndirilməsindəmüəllimin köməkçisi rolunda çıxış edə bilər. Qarşılıqlı öyrənmə metodundan müxtəlif yaş səviyyəsində olan şagirdlərlə iş zamanı istifadə etmək olar. Onu da qeyd edək ki, metodun tətbiqi orta və yüksək yaş qrupu iləişləyərkən daha yaxşı effekt verir. Bu metodu ibtidai sinif şagirdləri ilə iş zamanı da tətbiqetmək mümkündür, lakin bu zaman aktiv məsləhətçilər müəllimə kömək etməlidirlər. Praktik iş — bu metod laborator metoddan böyük miqyasda nəzəri biliklərə dair praktiktapşırıqları yerinə yetirməklə fərqlənir. Məhz nəzəriyyənin praktikaya tətbiqi vərdişləri bumetodun başlıca vəzifəsidir.
Praktik iş bilikləri dərinləşdirir, vərdişləri nizamlayır, idraki fəaliyyəti stimullaşdırır, nəzarətedici və korrektəedici vəzifələri həll edir. Məşhur Sovet psixoloqu E. Y. Qolant praktik iş prosesində idraki fəaliyyətin 5mərhələsini qeyd edir: 1. İşin nəzəri anladılması. Müəllim onun mənasını izah edir. 2. Təlimatlandırma. Müəllim işin texniki tərəfini izah edir. 3. Sınaq mərhələsi. Bu zaman müəllim bir neçə şagirdlə praktik tapşırığı yerinə yetirir, qalan şagirdlər isə prosesi izləyirlər. Əgər təcrübəçilər səhvə yol verirlərsə, müəllim onlarınsəhvini düzəldir. 4. İşin yerinə yetirilməsi mərhələsi. Burada şagirdlər onlar qarşısında qoyulmuş tapşırığı yerinə yetirirlər, müəllim isə əsas diqqəti səhv edən uşaqlar üzərində toplayır. 5. Nəzarət mərhələsi, müəllim şagirdlərin işini qəbul edir və qiymətləndirir, işlərinkeyfiyyətinə, yerinə yetirilmə sürətinə, səliqəyə və düzgünlüyə diqqət yetirir. Praktik iş metodu istənilən yaş səviyyəsində olan məktəblilərlə aparılan təlim zamanı tətbiq edilə bilər. Əsas tələb ondan ibarətdir ki, tapşırıqlar şagirdlərin yaş xüsusiyyətlərinə vəbacarıqlarına uyğun gəlsin. Müstəqil iş — bu elə təlim metodudur ki, onun vasitəsilə şagirdlər fərdi şəkildə nəzəri materialları öyrənməklə bilik, bacarıq və vərdişlər əldə edir, həmin nəzəri materiallara əsasənpraktik işlər də yerinə yetirir. Müstəqil iş təlimin vacib metodlarından biri sayılır, hətta digər metodların əsası hesabedilir, eyni zamanda təlim metodları arasında didaktik əlaqə həlqəsi rolunu oynayır. Müstəqil işin baza formaları isə aşağıdakılardır: 1. Kitab, dərslik və informasiyanın digər mənbələri ilə iş. 2. Video materialların seyr edilməsi. 3. Audio materialların dinlənilməsi. 4. Kompüter və kompüter proqramları ilə iş. 5. Çalışmaların müstəqil yerinə yetirilməsi və məşq edilməsi. Məqalənin aktuallığı. Məqalənin aktuallığı ondan ibarətdir ki, burada ənənəvi təlimmetodlarına təhsil sahəsində çalışan bəzi insanların verdiyi qiymət, bu metodların çoxillik birtarixə malik olması, eyni zamanda hazırda ən çox istifadə olunan ənənəvi təlim metodlarınınnövləri öz əksini tapmışdır. Məqalənin elmi yeniliyi. Elmi yenilik onunla izah olunur ki, burada ayrı-ayrı metodlardan istifadə etməyin yolları, onları dərsin hansı mərhələsində tətbiq etməyin lazımolduğu qeyd edilmişdir. Məqalədə hər bir təlim növünün tipləri də verilmişdir. Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalədən ali və orta ixtisas məktəblərininmüəllimləri, eləcə də tələbə və magistrantlar istifadə edə bilərlər.
Günel Şəmilzadə
pedaqoq, ADPU, ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə dissertantı
pedaqoq, ADPU, ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə dissertantı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin