Təhsilimizə göstərilən qayğı nəticəsində təlim tədris prosesi günü gündən öz əhəmiyyətini, praktikliyini möhkəmləndirir. Texnologiya əsrinin tələbi ilə təlim prinsipləri və təlim metodları inkişaf edir və daha da faydalılıq əmsalını artırmaqdadır. Təlimin ana məzmun xətləri ibtidai siniflərdən başladığı üçün ibtidai sinif dərs vəsaitləri, metodik göstərişlərdə də dövrün tələbi ilə öz inkişaf tendensiyasını yüksəltməkdədir. Bu proseslərin gedişatı həm müəllim həm də şagird kollektivinə tədris prosesində dərin sferalarda kömək edir və təhsil siyasətinə özünə məxsus müdaxilələr etməkdədir. Ümumtəhsil məktəblərində dərsin gedişatı, öyrənmə zamanlaması qırx beş dəqiqədir. Bu qırx beş dəqiqə ərzində müəllim öz pedaqoji ustalığını, kreativ fikirlərini ortaya qoymalıdır. Belə ki, ibtidai siniflərdə uşaqlar ilkin həyati bacarıqları, bilik, öyrənmə, öyrətmə kimi anlayışları mənimsəyir və bu tədris illəri boyunca müəllimlər onların rol modelləri olur. İlkin biliklərin mənimsənilməsi prosesində müəllimin rolu əvəzsizdir, bu səbəbdən müəllim şəxsiyyəti hərtərəfli inkişaf etməli və püxtələşməli, daim yeniliklərə açıq olmalı, psixoloji hazırlığı yerində olmalıdır. İbtidai sinfin tədris proqramında bütün fənləri özündə birləşdirən həyat bilgisi fənninin əhəmiyyəti danılmazdır. Həyat bilgisi fənni təlim prosesində hər bir şəxsiyyətə lazım olan hər bir nüansı əhatə edir, onları inkişaf etdirir. Bu fənn üzərindən şagirdlər milli mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə mənsub olur, onlarda vətənsevərlik, humanistlik, etik, estetik bacarıqlara yiyələnirlər, ətrafda baş verən siyasi, iqtisadi və ümumbəşəri məsələ və hadisələr haqqında ilkin təsəvvürlər əldə edirlər. Həyat bilgisi fənninin, ibtidai və əsas təhsil səviyyəsi üzrə ümumi təlim nəticələrinə əsaslanaraq, onların əldə olunmasını təmin edən və hər iki təhsil pilləsi üçün ümumi olan məzmun xətləri müəyyən edilmişdir. Həmin məzmun xətləri öz növbəsində alt xətlərə bölünür. Bu məzmun xətlərindəki bütün informasiyaları, mətnləri şagirdlərə aşılamaq üçün müəllim xüsusi metod və vasitələr seçməlidir. Hər fənnə aid dərsin qurulmasının əsas pillələri vardır. Bu pillələr nərdivan rolunu oynayır. Bu gedişatın ən vacibi və ilkin mərhələsi motivasiyadır. Müəyyən metodlardan istifadə zamanı dərsin motivasiyası açar söz rolunu oynayır. Motivasiyanın qurulmasında müəllim şagirdlərdə yaş xüsusiyyətlərini, hər şagirdin öyrənmə üslubunu, maraq və inkişaf aspektlərini nəzərə alaraq müxtəlif interaktiv metodlardan istifadə edə bilər.Məlum olduğu kimi öyrənmə üslubları özləri bir neçə növə bölünür : Vizual, kinestetik, sensor, dinləyib qavrama və sair. Öyrənmə və öyrətmə keyfiyyətini yüksəltmək məqsədini güdən müəllim bu tip öyrənən uşaqları nəzərə alaraq hər birinə uyğunlaşacaq ortamda universal metodlardan istifadə etməlidir. Öyrətmə üslublarını daha da inkişaf edirmək üçün həyat bilgisi fənninin özünə məxsus rolu vardır. Dərs vəsaitlərində verilmiş həyati bacarıqlara əsaslanan mövzular imkan verir ki, hər tipdə öyrənməyi bacaran şagirdlər özlərini inkişaf etdirsin. Bu prosesin mütəşəkkil qurulması isə fənn müəlliminin pedaqoji uzaq görənliyindən asılıdır. Motivasiyanın qurulmasında hər mövzuya müxtəlif səpkilərdə yanaşmaq olar. Bu mərhələdə şagirdlər mövzunun nədən bəhs etdiyini özləri fikirləşərək tapmağa çalışırlar. Öyrənənlər bu mövzu ətrafında müqayisəli fikirlər irəli sunur, keçmiş mövzularla bağ yaradaraq avtomatik analiz edir. Hətta bəzi şagirdlər motivasiyanın qoyuluşundan mövzunun bütün aspektləri haqqında məlumat toplaya bilirlər. Motivasiyanın quruluşundakı düzgün interaktiv təlim metodlardan istifadə mövzunun yarısının mənimsənilməsinə kömək edir. İnteraktiv metod və vasitələrin bir neçəsini təqdim edirik ; · Slaydlar · Videolar. · Cizgi filmlər. · Sənədli və ya bədii filmin bir hissəsindən fraqment. · Səs yazıları. · Xüsusi hazırlanmış suallar tablosu. · Seçilmiş məntiqi çalışmalar. · Əyani əşyalar. Bu vasitələrin bir neçəsindən motivasiyanın yaradılmasında da istifadə edilməlidir. Mövzunun məzmununa uyğun vasitənin hazırlanması əvvəlcədən müəllim tərəfindən müəyyən edilir. Yeni vasitələr yaratmaq barədə şagirdləri də fəallaşdırmaq olar. Həyat bilgisi” fənninin, ibtidai və əsas təhsil səviyyəsi üzrə ümumi təlim nəticələrinə əsaslanaraq, onların əldə olunmasını təmin edən və hər iki təhsil pilləsi üçün ümumi olan aşağıdakı məzmun xətləri müəyyən edilmişdir: Həyat Bilgisi dərslərində motivasiyasının qurulmasında interaktiv metodlardan istifadə 1. Təbiət və biz 2. Fərd və cəmiyyət 3. Mənəviyyat 4. Sağlamlıq və təhlükəsizlik Şagirdlər bu mövzuları il boyu mənimsəməli, təlim nəticələrinə görə müəyyənləşmiş kriteriyalar üzrə dəyərləndirilməlidirlər. İlin başlanğıcında təlim tədris prosesi elə qurulmalıdır ki, qiymətləndirmə prosesində şagirdlərin qavrama, öyrənmə səviyyələri mənfi nəticələnməsin. Belə ki mövzunun motivasiyasını bir neçə üsul və metodlardan istifadə edərək qurmaq olar.
Günel Şəmilzadə, pedaqoq,
ADPU, ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə dissertantı,
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin