2020-ci ildə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan əsgərinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qalib gəlməklə ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Şanlı tariximizin ən parlaq səhifələrindən olan bu zəfər nəticəsində insanlarımız uzun illər həsrətini çəkdikləri doğma ata-baba yurdlarına qayıtmaq imkanı əldə Ardı
Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. ANmedia.az Azərtaca istinadən bildirir ki, qərarda əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil Ardı
Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinədək olan hissəsində təmir işlərinə start verilib. ANmedia.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata istinadən bildirir ki, təmir işləri ilə əlaqədar prospektin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti Ardı
NASA-nın Qırmızı Planetə tədqiqat missiyası zamanı göl kraterində Marsın səthindən fərqlənən qeyri-adi torpaq qatları aşkar edilib. Qayaların təhlili zamanı bu tapıntıların vulkan mənşəli daşlar olduğu aşkarlanıb. Onların bəziləri yer üzündə ən çox yayılmış minerallardan biri olan, yuxarı mantiyada bol görünən olivininin kiçik yaşıl kristalları ilə zəngindir. Bu Ardı
Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 606 251 493 nəfərə çatıb. ANmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur. Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 6 505 750 nəfər təşkil edir. Dünya COVID-19 ilə mübarizə məqsədilə əhalinin peyvəndlənməsi üçün addımlar atmağa davam edir. Ardı
Bu il əsas məqsədimiz müəllimlərin bilik və bacarıqlarını müəyyən etməkdir. Bütün məktəblərdə müəllimlərimizin bacarıqları arzuedilən deyil. Ancaq bacarıqlı müəllimlərimiz də var". ANmedia.az-ın məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin Sentyabr Konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, ümumilikdə 78 faiz müəllim Ardı
Azərbaycanda 6 ildir tətbiq olunan qrand müsabiqələr də inkişafa yol açır. Azərbaycan ötən tədris ilində 69 müsabiqədə yer tutub. Bu layihələrin qalibləri dövlət tərəfindən maliyyələşdirilir". ANmedia.az-ın məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin Sentyabr Konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, ötən Ardı
TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib. Bu barədə ANmedia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib. Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib. Plana əsasən Ardı
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. ANmedia.az APA-ya verilən xəbərə istinadən bildirir ki, 24 sentyabrda Azərbaycan Mətbuat Şurasının VIII qurultayı keçiriləcək. Bu barədə Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib. O qeyd edib ki, Azərbaycan jurnalistləri qurultaya gedir. Ardı
Sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 DSMF-ın məlumatına istinadən xəbər verir. Bildirilir ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.