Uşaqların kitab oxumağına olan marağı son illərdə ciddi bir geriləmə ilə qarşılaşır. Hər nə qədər oxumaq həyatın zövq hissiyyatlarından biri olaraq bilinsə də, uşaqların kitab oxumağa olan sevgisi azalır və bu, təkcə valideynləri və tərbiyəçiləri deyil, mütəxəssisləri də narahat edir.
Əsas səbəblərdən biri uşaqların kitab oxumağa məcbur edilməsidir. Altı yaşından əvvəl uşaqların nadir hallarda oxumağa hazır olduğu tədqiq edilib. Bu səbəbdən, uşaqlar oxumağa məcbur edilmədən öncə oxumağa maraqlarının yaranması üçün onlara vaxt vermək vacibdir.
Cəzanın kitab oxumağına tətbiqi də problem yarada bilər. Uşaqlar oxumağı cəza kimi görsələrək, kitab oxumaqdan nifrət edə bilərlər. Bunun əvəzinə oxumağın təşviqi pozitiv təcrübələr ilə əlaqələndirilməlidir.
Şişirdilmiş mükafatların verməsi də uşaqlarda oxumağa olan istəyi azaldır. Uzunmüddətli oxumaq motivasiyası yaratmaq üçün mükafatların vaxtaşırı verilməsi əvəzinə, oxumağın özündən gələn bir həzz olaraq qalmasına imkan vermək daha doğru yanaşmadır.
Texnologiya ilə əlaqəli alternativ əyləncələr də uşaqlarda kitab oxumağa olan həvəsi azalda bilər. Smartfonlar, planşetlər və video oyunları kimi cihazlar uşaqların diqqətini cəlb edərək kitab oxumağa olan maraqlarını azaldır. Bu problemin qarşısını almaq üçün müxtəlif yollar mövcuddur.
Bunlardan nümunə olmaq ən başlıca variantdır. Valideynlərin və müəllimlərin kitab oxuma vərdişləri uşaqlar üçün vacibdir. Uşaqlar böyüklərin kitab oxumasını müşahidə edərək bu davranışı mənimsəyə bilərlər.
Bundan əlavə evdə kitab köşəsi dizayn etmək, kitabları gözləri ilə müşahidə etmək, əlçatan etmək oxu vərdişlərini təşviq edir. Asudə vaxtlarında oxu vərdişinin təşkili çox vacibdir. Ailələr, kurslar müntəzəm olaraq uşaqlarla birlikdə hər gün müəyyən bir vaxtı kitab oxuma vaxtı olaraq ayıra bilərlər. Bu, uşaqlara oxumağı gündəlik qaydaya çevirməyə kömək edir.
Uşaqlara müxtəlif növ kitablar təklif etməklə maraqlarına uyğun variantları tapmalarını təmin etmək vacibdir. Nağıl kitabları, elmi kitablar və tapmaca kitabları kimi müxtəlif janrlar uşaqların diqqətini cəlb edə bilər.
Mükafatlar və təşviqlər uşaqlarda oxu vərdişlərini təşviq etmək üçün istifadə edilə bilər. Məsələn, müəyyən sayda kitab oxuyan uşaqlara mükafatların verilməsi və ya onların oxumaqda uğur qazanması onların motivasiyasını artıra bilər. Məsələn, müxtəlif fiqurlu rəngləmə sxemləri yaradıb hər oxuduğu kitab sayına uyğun dairələri müxtəlif rənglərdə boyaya bilər. Bu isə müəyyən mərhələdən sonra yaxşı alışqanlıqlar yarada bilər.
Bu üsullar uşaqların kitab oxuma vərdişlərini yaxşılaşdırmaq üçün təsirli həll yolları təklif edir. Ancaq hər bir uşaq fərqlidir, buna görə də ən təsirli üsulu tapmaq üçün uşağın maraqlarına və xüsusiyyətlərinə diqqət yetirmək lazımdır.
İlahə Cəfərli -jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin