Gələcək ixtisas seçimində valideyn seçimi övladları üçün nə qədər uğurlu ola bilər, bu ixtisas seçimi və ya karyera planlamada əsas öhdəliklər valideyn və uşaqların arasında necə təyin olunmalıdı.
ADPU, ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə dissertantı, təhsil eksperti Günel Şəmilzadə bu mövzu haqqında fikirlərini ANmedia.az bölüşüb.
Günümüzün ən aktual problemlərindən biri ixtisaslaşmış kadr azlığı və yarım işsiz və həvəssiz gənclikdir. Bu problemlərin başlıca səbəbi ailələrdən qaynaqlanır. Bütün valideynlər övladlarına daha perspektivli gələcəklə təmin etmək üçün onların istəklərinə məhəl qoymadan bir iz, yol çizirlər, hansı ki övladları bu istiqamətdə heç də uğurlu olmaya bilərlər.
Real statistikaya baxsaq bu uğurlu karyera və ya gələcək 100 üzərindən 40 təşkil edir. Bu 40 % olan nəticələrin yarısı da babadan ataya, atadan oğula keçən irsi fəaliyyətlərdən ibarətdir. Bu ailələrdə valideynlər tərəfindən hər tərəfli yüklənmiş uşaqlar və yeniyetmələr yarımçıq böyüyür. Bəzən valideynlər öz reallaşmayan, arzuladıqları və ya xəyalındakı “Uğurlu Mən” portretini övladlarına seçim qoymadan bir başa yükləyirlər. Bu da bir çox problemlərə gətirib çıxarır. Onlara maraqlı olmur uşaqlar nə istəyir, nəyi bacarır və öz arzuladıqları peşə və ya ixtisas nədir, onlar üçün seçdikləri gələcək nə qədər uğurlu ola bilər və gəlir gətirər, övladları bu seçilən istiqamətdə öz bilik bacarıq və müxtəlif vərdişləri necə qazana bilər, bu kimi halların öhdəsindən gələ biləcəkmi və sair.
İllərlə valideynlər övladları üçün seçdikləri “Uğurlu Mən” üçün müəyyən məbləğ xərcləyir, davamlı məcburiyyət qarşısında qalan uşaq və gənclər gələcəkdə bir çox ciddi əngəllərlə qarşılaşırlar. Buda ixtisasını sevməyən və seçdiyi ixtisas üzrə peşəkar yetişməyən kadrlara gətirib çıxarır. Yetərsizlik və daimi basqı istəmədikləri bacarıqların aşılanması uşaq və yeniyetmələrdə özgüvəni, şəxsiyyət kimi formalaşmanı, xüsusilə gündəlik sağlam həyat tərzini, əsasən yuxu rejimi, pedaqoji- psixoloji aktı, qidalanma və digər təlabatları kobud şəkildə pozur. Bütün bu məcburi seçim qarşısında qalanlar etiraz etsələr belə onlar ciddiyə alınmır, sonda çıxış yolu istənilməyən vərdişlərə can atmaqla bitir. Gündəmə nəzər yetirsək hər il imtahan ərəfələrində və ya imtahandan sonra nəticələrdən aslı olmayaraq özünə qəsdən zərər yetirmə, intihar halları biz təsəvvür etdiyimizdən çox olur. Bu artıq cəmiyyətə bir siqnaldır, təəsüflər olsunki bu kimi hallar qarşısında valideynlər özlərində yenədə günah görmür və onlar üçün ən yaxşı seçim məhz bu kimi qənaətindədirlər. Hər iki halda itirən yenə də təzyiq altında böyüyən övladlar olur.
Yekun nəticədə illər sonra həmin bir qrup insanlar illərini və sağlamlıqlarını qeyri iradı seçimlər üzündən boşuna xərcləmiş və əldə edə biləcək çox nüansları itirmiş olurlar, müəyyən yaşa gəldikdə isə artıq öz seçimləri üçün ya gec yada uğursuz olur.