Terrozim məhfumu Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında (MTK) milli təhlükəsizliyimizi təhlükə altına atan təhdidlər siyahısındadır. Həmçinin, bu məsələ öz yerini “Milli təhlükəsizlik haqqında” Qanunda öz əksini tapmışdır.Ümumiyyətlə terrorizmlə mübarizə ölkəmizin qanunvericiliyi əsasında aparılır. 1999-cu ildə “Terrorizmə Qarşı Mübarizə Haqqında” Qanunun qəbulu, həmçinin Cinayət məcəlləsindəki müəyyən maddələr adı çəkilən sahədə müvafiq hüquqi bazanı yaratmış və formalaşdırmışdır.
Azərbaycan Respublikasının xüsusi xidmət və hüquq-mühafizə orqanları dövlətin apardığı prioritet siyasətlərdən hesab edilən terrorizmlə mübarizə siyasəti çərçivəsində uzun illərdir peşəkar və səmərəli fəaliyyət göstərirlər. Bu ölkəmizin daxili təhlükəsizlik sahəsində apardığı uzun müddətli və səmərəli islahatların nəticəsidir.
2020, 2022 və 2023-cü illərdə Qarabağda aparılan anti-terror və lokal anti-terror əməliyyatlarında qazandığımız uğurlar bir daha Azərbaycanın apardığı terrorizmlə mübarizə siyasətinin nə qədər uğurlu olduğunu bütün dünyaya sübut etdi.
Respublikamız kontrterrorizm anlayışının sadəcə silahlı mübarizədən ibarət olmadığını başa düşür, müvafiq olaraq ölkədə radikalizmin yayılmasının qarşısını almaq üçün bir sıra kompleks tədbirlər planı həyata keçirir. Buna misal olaraq Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Respublika Baş Prokurorluğunun 2015-ci ildə Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyatı nümunə göstərmək olar. Bu əməliyyat Bakının Nardaran və bir sıra qəsəbələrində yayılmağa başlamış radikalizmə və dini ekstremizimə qarşı yönəlmişdir.
Ölkənin istənilən təbəqəsi, xüsusən gənclərimiz arasında bu mövzuda maarifləndirmə tədbirləri keçirilir bununla da, radikalyönümlü ideologiyaların cəmiyyətimiz arasında yayılmasının qarşısı kəskin sürətdə alınır.
Azərbaycanın terrorizmi beynəlxalq səviyyəli təhlükə olaraq görməsi və bu mövqedən birmənalı olaraq çıxış etməsi beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi faktorunu da labüd edir. Ölkəmiz terrorizmə qarşı mübarizə siyasətini həyata keçirmək və inkişaf etdirmək üçün bır sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu əməkdaşlıqlar ölkəmizin apardığı terrorizmlə mübarizə siyasətini təkcə regional səviyyədə yox, həmçinin beynəlxlaq səviyyədə terrorizmin aradan qaldırılması üçün inkişafında əhəmiyyətə malikdir. Bu istiqamət üzrə əməkdaşlığın genişləndirilməsi ölkəmizi terrorizmə qarşı mübarizənin qlobal formada tərkib hissəsi halına gətirir. Ölkəmizin NATO, BMT, İƏT kimi beynəlxalq təşkilatlar, həmçinin region ölkələri ilə anti-terrorizm sahəsində sıx əməkdaşlıq etməsi həm də bizim regionda və qlobal səviyyədə nüfuzumun artmasına da müsbət təsir göstərir. Xüsusən NATO ilə əməkdaşlıq çərçivəsində, Azərbaycan müasir dövrün terror təhlükələrinin daha operativ və effektiv şəkildə aradan qaldırılmasına müsbət imkanlar yaradır.
Yuxarıda yazılan faktlar əsasında biz görə bilərik ki, Azərbaycan terrorizmlə mübarizə sahəsində bir çox əhəmiyyətli uğurlar qazanıb və mübarizənin bundan sonra daha davamlı olması barədə qətiyyətlidir. Qlobal və regional əməkdaşlıqların genişləndirilməsi, həmçinin daxildə təhlükəsizlik tədbirlərinin artırılması bu sahədə aparılan siyasətin daha yaxşı nəticələr verə biləcəyinin göstəricisidir.
Azərbaycanın hal-hazırda olan təhlükəsizlik vəziyyəti beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir. Ölkəmizin təhlükəsizlik səviyyəsinin bu qədər yuxarı olmasında həm cənab prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasəti, həm də Respublikamızın güc strukturları və xüsusi xidmət orqanlarının səmərəli və effektiv şəkildə olan operativ xidmətləri danılmaz rola malikdir.
Yazar: Yusif NƏBİZADƏ
Azərbaycan universiteti Humanitar və sosial elmlər fakültəsi, Dövlət və ictimai münasibətlər ixtisası 3-cü kurs tələbəsi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin