Səhiyyə Nazirliyi Novruz bayramı günlərində qidalanma ilə bağlı vətəndaşlara müraciət edib. Anmedia.az xəbər verir ki, nazirliyin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev bayram süfrəsinin hər zaman zəngin qidalarla bol olduğunu xatırladıb. Onun sözlərinə görə, bayram günlərində süfrədə olan yağlı yeməklərdən, xüsusilə də çeşidli şirniyyat növlərindən çox Ardı
Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı 43-ə qədər yüksəlib. Bu barədə Anmedia.az-a Agentlikdən məlumat verilib. Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət Ardı
Ötən il ölkədə şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı 24.3 min nəfər artaraq ümumilikdə 302 min nəfəri keçib. Anmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib. Sənəddə bildirilir ki, onlardan 2 056 nəfəri 18 yaşadək olan uşaqlardır. Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü Ardı
Azərbaycanda Türkiyənin istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin 3-cü faza sınaqları başlayır. Anmedia.az xəbər verir ki, sabah Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) nümayəndə heyəti Bakıya gəlir. Martın 9-da Azərbaycanla Türkiyə arasında protokol imzalanacaq və vaksinin klinik sınaqlarına başlanılacaq. Bakı Sağlamlıq Mərkəzinin icraçı Ardı
“Azərbaycanda kliniki sınağı keçiriləcək “TURKOVAC” vaksini “SinoVac” vaksini ilə demək olar, eyni tərkibdədir”. Anmedia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib. O qeyd edib ki, bu vaksinin hər hansı yan təsiri müşahidə Ardı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən il üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 102.4 milyon manata yaxın, qeyri-tibb işçilərinə isə 14.2 milyon manatdan çox müddətli əlavə ödəyib. Agentlikdən Anmedia.az verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq Ardı
Donor orqanların idxalı və ixracı qaydası hazırlanıb. Anmedia.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrası məqsədilə Qanunun 33.3-cü maddəsinə uyğun olaraq transplantasiya Ardı
Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Birinci dəfə həmin beynəlxalq gün yanvarın 15-də Lüksemburqda keçirilib, ancaq sonra onu fevralda qeyd etmək qərara alınıb. Anmedia.az xəbər verir ki, hazırda onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Ardı
"Hamilələrin, xüsusi risk qrupunda olanların vaksinasiyadan keçmələri çox önəmlidir". Anmedia.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı deyib. Onun sözlərinə görə, "Omikron"a yoluxma saylarında artımlar müşahidə edilir: "Bununla belə, Azərbaycan əhalisinin 47 faizi hər iki doza üzrə peyvəndlənərək ÜST-ün Ardı
"Gələcəkdə Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı şəkildə icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edəcəklər". Anmedia.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. Sədrin sözlərinə görə, qardaş Türkiyə ilə səhiyyə sahəsində bir çox layihələr həyata keçirilir: "Vətən müharibəsində Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.