Avstraliyalı alimlər "Süd Yolu" qalaktikasında fırlanan “qəribə” obyekt kəşf ediblər. Tədqiqat işi haqqında "Nature" jurnalında elmi məqalə dərc edilib.
Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən anmedia.az-a verilən məlumata görə, ilk dəfə Kartin Universitetinin tələbəsi tərəfindən kəşf edilən obyekt, hər 18 dəqiqədən bir 60 saniyə ərzində radio oblastda güclü enerji yayır.
Ekspertlərin sözlərinə görə, siqnal müşahidə zamanı bir neçə saat ərzində yaranır və itirdi. Bu, astronomlar üçün bir az ürküdücü idi, çünki əvvəllər səmada belə bir şey görülməmişdi.
Uzunmüddətli məlumatları təhlil edən tədqiqatçılar müəyyən ediblər ki, obyekt Yerdən təxminən 4000 işıq ili uzaqlıqda yerləşir. O, çox parlaqdır və güclü maqnit sahəsinə malikdir. Fərz edirlər ki, bu obyekt kollaps etmiş ulduzdan qalmış neytron ulduzu və ya ağ cırtdan ola bilər. Tədqiqatçılar qeyd edirlər ki, sonrakı tədqiqatlar bu obyektin indiyədək görülməmiş yeni nadir və yeganə hal olduğunu və ya yeni növ populyasiya – müşahidə olunan xüsusiyyətlərə malik neytron və ya ağ cırtdan ulduz kəşf edildiyini göstərəcəkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin