ANmedia.az xəbər verir ki, bu barədə CNet nəşri məlumat yayıb. Nəşrdə müxtəlif alimlərin xoşbəxt həyatın əsas meyarları ilə bağlı araşdırma nəticələri verilib. Harvard Universitetinin mütəxəssisləri bildirib ki, ilk növbədə güclü sosial əlaqələr xoşbəxtliyə təsir edir. O da məlum olub ki, güclü münasibətləri və əlaqələri olan insanlar başqaları ilə ünsiyyət qurmayanlara nisbətən psixoloji baxımdan daha xoşbəxt, fiziki və əqli cəhətdən daha sağlam olurlar.
Müətəxəssislər hesab edir ki, problemlərə köklənmək və onlara ilişib qalmaq depressiyaya aparıb çıxarır. Əgər xoşbəxt olmaq, həyatdan zövq almaq istəyirsinizsə, diqqətinizi həyatın müsbət tərəflərinə yönəldin. Məsələn, tədqiqatçı Amiliana Saymon-Tomas hesab edir ki, fikirlərimizi həyatın o aspektlərinə yönəltməliyik ki, bizə bu və ya digər şəkildə xeyir gətirsin.
Həmçinin alimlər xeyirxah əməl sahibi olmağı, başqalarına tərif söyləməyi, qocalara yardım etməyi və.s bu kimi işlərlə məşğul olmağı tövsiyə edib.
Məqalədə deyilir ki, beyninizi keçmişə və ya gələcəyə deyil, indiyə fokuslamağa öyrədən meditasiyalar özünü qəbuletmə hissini artıra bilər. Britanya Kolumbiyası Universitetinin psixologiya professoru Yelizaveta Dannın sözlərinə görə, əsas ideya bundan ibarətdir: “Duyğularınızı yarğılamayın, ancaq onları tanıyın”. Sonda müəlliflər qeyd ediblər ki, insanlar özlərini daha az tənqid etməlidirlər, çünki həddindən artıq özünütənqid məqsədlərə çatmağa mane olur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin