Bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi Xocalı soyqırımından 32 il keçir. Bu dəhşətli faciə hər birimizin yaddaşına əbədi həkk olunmuşdur. Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin fevralında Xocalıda üzləşdi. XX əsr Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı, fəlakət və faciələrlə, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu əsr kimi daxil olmuşdur. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir.
Xocalı qətliamı XX əsrin sinəsində açdığı ən dərin qanlı şırımdır. Yaxın tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olundu. Təəssüflər olsun ki, Xocalı şəhəri tarixə Xocalı faciəsi kimi düşdü. Bu faciə görünməmiş amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə ortaya qoydu. Xocalı faciəsi dünyada qətl və qəddarlıq simvoludur. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən erməni əhalisinin kütləvi şəkildə köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyasətinin tərkib hissəsi olan bu köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə ciddi təsir göstərmişdir.
Ermənilərin sayının bu bölgədə süni surətdə çoxaldılması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına əlverişli şərait yaratmışdır. Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin ən qanlı səhifələrini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər . Azərbaycan xalqı bu faciəni ürək ağrısı ilə öz qəlbində yaşadır. Xocalı faciəsinin, eləcə də xalqımıza qarşı dəfələrlə törədilən soyqırımların ötən əsrin sonlarına qədər öz hüquqi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biridir.
Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin fevralında Xocalıda üzləşdi. Yaxın tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olundu. Təəssüflər olsun ki, Xocalı şəhəri tarixə Xocalı faciəsi kimi düşdü. Bu faciə görünməmiş amansızlıq, qəddarlıq və qətl faktları, öz miqyası və üsulları ilə dünyada və tarix qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə ortaya qoydu. Bəli, Xocalı faciəsi dünyada qətl və qəddarlıq simvoludur.
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı dünya tarixində yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Hazırda Xocalı həqiqətlərinin dünyaya çatdırılması və beynəlxalq aləmdə daha geniş yayılması, eləcə də qətliama obyektiv siyasi-hüquqi qiymət verilməsi istiqamətində atılan addımlar Heydər Əliyev Fondu tərəfindən çox uğurla davam etdirilir. Fondun bu istiqamətdə fəaliyyəti nəticəsində dünya ölkələri erməni işğalçılarının Xocalıda insanlığa sığmayan qətlləri haqqında daha geniş məlumatlandırılır.
Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. Azərbaycan xalqı bu faciəni ürək ağrısı ilə öz qəlbində yaşadır. Xocalı faciəsinin, eləcə də xalqımıza qarşı dəfələrlə törədilən soyqırımların ötən əsrin sonlarına qədər öz hüquqi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biridir. Sovetlər birliyinin süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai–siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan ölkəmizin üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması yeni tariximizə qara hərflərlə yazıldı.
Azərbaycan xalqına qarşı aparılan misli görünməmiş bu soyqırım, amansız qırğın aktı, erməni qəsbkarlarının ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla bərabər, təkcə xalqımıza deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayətdir.
Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1961-ci ildən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunmuşdur. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır. Yuxarıda göstərilən faktlar işğalçı Ermənistanın təcavüzkar siyasətini ifşa edir. Ona görə də Azərbaycan dövləti bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü haqqında imzaladığı sərəncamda deyilir ki, “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.
Xocalı faciəsi dünya soyqırımları ilə bir sırada dayanan, erməni terrorizminin mahiyyətini bütövlükdə ortaya qoyan beynəlxalq cinayət faktıdır. Bu faktın dünyaya və Azərbaycanın taleyi olan gələcək nəsillərə çatdırılması üçün çox işlər görülməlidir. Dünya Xocalı soyqırımını bu qəbildən olan Xatın, Naqasaki kimi faciələrlə bir sırada qəbul etməlidir. Amma ötən illərdə bu istiqamətdə xeyli işlər görüldü. Ümummilli lider Heydər Əliyev 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayaraq əsrlər boyu Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri ictimai-siyasi fikrin diqqət mərkəzinə gətirdi. Bu fərmanda da göstərildiyi kimi "Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna, mənliyinə qarşı yönəlmiş böhtanlar və hərbi təcavüz üçün ideoloji zəmin hazırlanmış, xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar təhrif olunmuş, ictimai fikir çaşdırılmışdır. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyümələrinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalmışdır". Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
Yuxarıda göstərilən faktlar işğalçı Ermənistanın təcavüzkar siyasətini ifşa edir. Ona görə də Azərbaycan dövləti bu konvensiyanı rəhbər tutaraq Ermənistan Respublikasına qarşı BMT-nin beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirminci ildönümü haqqında imzaladığı sərəncamda deyilir ki, “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qarabağın işğaldan azal edilməsi təkcə Xocalı faciəsində deyil, həmçinin ermənilərin Azərbaycan xalqına törətdiyi digər soyqırımlarda şəhid olan və zərərçəkən bütün insanların qisasını almışdır. Beləliklə, öz yurd-yuvalarından didərgin düşən əhalimiz artıq öz yurdlarına qovuşacaq. Ermənilərin çirkin əməlləri nəticəsində tanınmaz hala düşən, dağıdılmış şəhərlərimizin bərpası üçün Cənab Prezident İlham Əliyevin verdiyi qərarlar önümüzdəki illərdə tətbiq olunaraq yenidənqurma işləri görüləcəkdir. Artıq 2021-ci ildən başlayaq Ağdamda “agıllı ev” layihəsinin tətbiqinə başlanılmışdır. Qarabağda hər bir şəhərimiz yenilənir , abadlaşdırılır və Qarabağ əhalisi öz evlərinə qayıdır.
Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan bəşəriyyət tarixinin ən dəhşətli səhifəsi Xocalı soyqırımını hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.
Qətiyyətli Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi tarixi gündür.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 4 il əvvəl əks-sədaları hələ də davam edən qəhrəmanlıq dastanı yazaraq ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını aldı və işğal altında olan torpaqlarımızı azad edərək böyük zəfərə imza atmışdır. Əsir ehtirasları, imperialist istəkləri, düşmən istilası, qlobal blokada xalqımızın qüsursuz imanlı, inaclı və sədaqətli mübarizəsi ilə həm qırıldı, həm də dəf edildi. 8 noyabr - Zəfər Günü Vətənimizin üzərinə qara buludları dağıdan, gələcəyimizin qarşısındakı qalın divarları dağıdan milli diriliş kimi milli vicdanlarda öz yerini tutmuşdur. Azərbaycanımızın quruluş şifrələri , qurucu fəlsəfəsinin əsaslandığı əsas mənəvi və motivasiya qaynaqları 8 noyabr - Zəfər Gününün ruhunda öz həqiqi məna və məzmununu tapdı. Müstəqilliyimizə ,istiqlalalımıza , istiqbalımıza böhtan atmağa, nüfuzumuzu ləkələməyə cəsarət edən daxili və xarici qara dairələr 8 noyabr -da ölkəmizdən qovuldu və layiq olduqları aqibəti yaşadılar. Millətimizin mübarək varlığına qandal vurmaq üçün bir-biri ilə yarışan düşmənçilik ittifaqı meydanlarda haqq etdiyi acı dərsi aldı. Nəhayət, qazanan əziz xalqımız, milli ürəklər olmuşdur.
Əziz vətən torpaqlarının müdafiəsi üçün bir qönçə gül kimi torpağa düşən qəhraman şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin ruhları şad olsun.
Yaşasın Ali Baş Komandan! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan Xalqı! Yaşasın Azərbaycan!
44 günlük Vətən müharibəsi bizim şanlı qürur mənbəyimizdir.
Allah bütün Şəhidlərə rəhmət etsin! Qarabağ Azərbaycandır!
S.e.f.d. dosent Murtəza Həsənov,
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin