Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
mr-aydin@mail.ru
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna yenidən səfər ediblər. Ölkə başçısının Füzuliyə səfərinin müharibənin ikinci il dönümünə təsadüf etməsi və oradakı çıxışı xalqımız üçün olduqca əhəmiyyətli idi. Dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
Ən başlıcası 27 sentyabr tarixi müharibədən qalib çıxan xalqımız üçün həm də qürur günüdür. Ona görə ki, Azərbaycan xalqı bu tarixdə şəhidlərinin əziz xatirəsini yad edirdi. Şübhəsiz ki, belə bir tarixi gündə qalib Ordunun Müzəffər Ali Baş Komandanının məhz ilk döyüşlərin başladığı ərazidə şəhidləri yad etməsi hər bir azərbaycanlı üçün fəxarət, düşmənlərimiz üçün isə daha bir mesaj idi.
Prezidentin Füzuli rayonundakı çıxışı zamanı toxunduğu mövzular birbaşa olaraq müharibə tarixi ilə bağlı idi. Dövlət başçısı burada şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdi və onların döyüş meydanında qisasımızı almalarını xüsusi qeyd etdi.
Dövlət başçısı çıxışı zamanı işğaldan azad olunmuş torpaqlarımıza yenidən həyatın qayıtmasını və bunun əsas səbəbinin xalqımızın gücünü səfərbər edib, yumruq kimi birləşməsi olduğunu vurğuladı:
“Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik”.
Dövlət başçısının çıxış etdiyi yeri bütün xalqımız üçün doğmalaşdıran səbəblərdən biri də 44 günlük müharibə tariximizin birinci günüdə buradan aldığımız ilk qələbə xəbərləri idi. Məhz bu səbəbdən şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilib. Hansı ki, Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Ancaq Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xətlərini yarmaq üçün tərəddüd etmədən ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın.
Prezident İlham Əiyev çıxışı zamanı bu qələbə tarixini yaşadığımız üçün xalqımızı xoşbəxt adlandırıb:
“Belə şərəfli missiya bu gün yaşayan nəslin üzərinə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.
Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaq. Xalqımız izn verməməlidir ki, düşmən bir daha başını qaldırsın, bir daha bizim üçün təhdid yaratsın.
Lakin belə bir cəhd olsa belə, Ali Baş Komandanın rəhbərliyi və tapşırığı ilə bütün təhdidlərin qarşısı alınacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin