Birinci vitse-prezident Mehriban Əliyeva instaqram hesabında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib. Anmedia.az paylaşımı təqdim edir: “Əziz qadınlar! Sizin hər birinizə möhkəm can sağlığı, tükənməz sevgi, sevinc dolu günlər və səadət arzulayıram”. Ardı
Dünyanın, eləcə də Azərbaycanın ictimai, sosialvə mədəni həyatında, iqtisadiyyatda qadınların roluartır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Anmedia.az-a bildirilib ki, 2022-ci ilin 1 yanvar tarixinə ölkəmizdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 21,4%-ni qadınlar təşkil edib. Ardı
Martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Anmedi.az-a Müdafiə Nazirliyindən məlumat verilib. "Bundan başqa, martın Ardı
Dünya Bankı Şurası Ukraynaya yardım üçün 723 milyon ABŞ dollarından istifadəni təsdiqləyib. Anmedia.az Qərb mediasına istinadən xəbər verir ki, məlumata görə, artıq 489 milyon dollarlıq yardım paketi təsdiq edilib. Bu yardımın 350 milyon dolları kredit, 139 milyon dolları isə zəmanət kimi təqdim olunacaq. Həmçinin 134 milyon dollar qrant və 100 milyon dollar paralel Ardı
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. Əmək Ardı
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə", "Yelli çərşənbə", "Külək çərşənbəsi" kimi də tanınır. Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu Ardı
Martın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Nazirlikdən Anmedia.az-a verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə Ardı
Dünən gecə Ukraynanın Nikolayev şəhəri güclü raket zərbələrinə məruz qalıb. Bu səbəbdən bu gün bir qrup azərbaycanlı buradan Odessaya təxliyə edilib” Anmedia.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov deyib: “Təxliyə edilən 40 nəfər azərbaycanlı Odessadan Moldova sərhədinə göndəriləcəklər. Ardı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Anmedia.az xəbər verir ki, təltif edilən qadınlar arasında iki şəhidimizin həyat yoldaşları da var. Onlardan biri Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant, "Murov qartalı" ləqəbli əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat Ardı
Bakıda və Abşeron yarımadasında martın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Anmedia.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.