Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Təhsil Nazirliyindən Anmedia.az-a verilən məlumata görə, ümumilikdə 7 iş günündə keçirilən imtahanlarda 44 363 nəfər namizəd iştirak edib. Test imtahanları Bakı, Gəncə, Ağcabədi, Lənkəran, Şamaxı, Mingəçevir, Salyan, Sumqayıt, Xaçmaz və Yevlaxda yaradılmış 15 imtahan mərkəzində təşkil Ardı
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan Anmedia.az-a verilən məlumata görə, iyulun 18-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 184, Ardı
“Qarabağ” klubu iyulun 27-də İsveçrədə “Sürix”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib. Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib. “UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sürix” (İsveçrə) - “Qarabağ” matçını “Letsiqrund” stadionundan Ardı
Türkiyənin Kütahya və Manisa bölgələrində meşə yanğınları baş verib. Kütahyanın Emet rayonundakı meşə yanğını küləyin də təsiri ilə geniş əraziyə yayılıb. Manisanın Akhisar rayonunda otluq ərazidə başlayan yanğın isə tezliklə əkin sahələrinə və meşə ərazisinə keçib. Yaxınlıqdakı 20 ev boşaldılıb, 40 nəfər sakin təxliyə edilib. Yanğınla mübarizəyə çox sayda texnika və Ardı
“Red Bull” komandasını təmsil edən niderlandlı pilot Maks Verstappen bazar günü “Formula 1” üzrə dünya çempionatının 12-ci turu çərçivəsində Fransa Qran-Prisinin qalibi olub. Yarışlar Pol Rikar avtodromunda keçirilib. İkinci yeri “Mercedes”in britaniyalı pilotu Luis Hemilton tutub. Onun həmyerlisi və komanda yoldaşı Corc Rassel isə üçüncü olub. Qeyd edək ki, Ardı
Azərbaycanda son gündə koronavirus əleyhinə 2 187 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Gün ərzində birinci doza vaksinlərin sayı 448, ikinci doza vaksinlərin sayı 106 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 361-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 272 Ardı
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 24-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində Ardı
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyulun 25-i gündüzədək davam edəcək. ANmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, 26-27-də əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək. Ardı
İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür. Hazırda faktla bağlı araşdırma aparılır. Ardı
Mədəniyyət naziri Anar Kərimov iyulun 22-də İsmayıllı rayonuna səfər edib. Nazirlikdən Anmedia.az-a verilən xəbərə görə, mədəniyyət naziri Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov əvvəlcə İsmayıllı şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar. Sonra Anar Kərimov 2009-cu ildən fəaliyyət göstərən Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.