Şuşa hər bir azərbaycanlı üçün mənəvi əhəmiyyəti böyük, tarixi-strateji şəhərdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi Azərbaycanın təkcə döyüş meydanında yox, siyasi müstəvidə də qələbəsinin təsdiqi və bütün dünyaya təqdimatının göstəricisidir.Tariximizdə ilk dəfə olaraq bir il şəhər ili elan edildi. Bu da səbəbsiz deyil.
Bu il Pənahəli xan tərəfindən 1752-ci ildə Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyi tamam olur. Əsası qoyulandan bəri Şuşa şəhərinin taleyində xoş və qara günlər, illər çox olub. 1904-1905-ci illərin qanlı hadisələrinin izləri hətta XX əsrin 70-ci illərinə qədər qalırdı. Lakin bununla yanaşı Şuşa şəhəri ötən əsrin ikinci yarısında, daha dəqiq desək, 20-ci əsrin 70-ci illərində daha sürətli irəliləyişi ilə diqqəti cəlb edirdi və bu dinamika məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır, çünki bu şəhərin inkişafı ilə bağlı qərarlar ümummilli liderimizin təşəbbüsü ilə qəbul edilirdi. Ümummilli liderimizin təşəbbüsü ilə həmin dövrdə Şuşada quruculuq işlərnin görülməsi, mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atılırdı. Qala divarlarının bərpasına 25 min manat vəsait ayrılmışdı. Şəhərdəki tarix və memarlıq abidələri bərpa edilmişdi. Ulu öndər Heydər Əliyev şəhər rəhbərliyinə və sakinlərinə tarixi və mədəni abidələri qorumağı tövsiyə etmişdi. Şəhərdə mədəniyyət müəssisələri, emalatxanalar, sanatoriya açılmışdı. 1982-ci il yanvarın 14-də Şuşada böyük şair, Qarabağ xanının vəziri Molla Pənah Vaqifə 18 metrlik məqbərə ucaldılmışdı. Vaqif Poeziya Günləri keçirilirdi. Təbii ki,bütün bu görülən işlər şəhərin inkişafını şərtləndirir, onu daha da gözəlləşdirirdi.
Əfsus ki, 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə,1992-ci ilin 8 may tarixində Şuşa işğala məruz qaldı. 30 ilə yaxın müddət ərzində şəhərin yüzlərlə mədəniyyət yadigarları, tarixi obyektləri erməni vandalları tərəfindən məqsədli şəkildə dağıdıldı, viran qoyuldu ki, burada da məqsəd şəhərin, Şuşa şəhərinin tarixinin saxtalaşdırılması üçün Azərbaycana məxsus abidələrin, bütövlükdə tarixin məhv edilməsi olub.
Əlbəttə ki, Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, uzaqgörənliyi, liderlik keyfiyyətləri sayəsində, rəşadətli Azərbaycan Ordusunun şücaəti, igidliyi, qəhrəmanlığı,şəhidlərimizin qanı və Azərbaycan xalqının birliyi, həmrəyliyi ilə Şuşa şəhəri 44 günlük Zəfər savaşının məntiqi nəticəsi olaraq, 2020-ci il 8 noyabr tarixində işğaldan azad olundu. Bu qələbə müharibənin sonrakı taleyinə həlledici təsir
göstərərək Zəfər Günü kimi tariximizə yazıldı.
Dövlət başçısı İlham Əliyev Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən böyük qürurla və əminliklə qeyd etdi ki, əziz Şuşa, sən azadsan, biz səni dirçəldəcəyik. Son bir ildə işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə mədəniyyət paytaxtımız Şuşada görülən bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirdikdə heyrətlənməyə bilmirsən. Bundan sonra Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada yeni və çox möhtəşəm layihələrə başlanılması, şəhərin abadlaşdırılması, burada quruculuq işlərinə start verilməsi, bu ildə “Şuşa İli” elan edilməsi ölkə başçısının, cənab Prezident İlham Əliyevin məhz ötən əsrin 70-ci illərində Şuşanın inkişafı istiqamətində görülən işləri, Ulu Öndərin irsini davam etdirməsidir.
Ölkə başçısının 2022-ci ili “Şuşa İli” elan etməsi hər bir azərbaycanlının ürəyincə oldu və bununla bağlı sevinc, fərəh hissini hər birimizin duyduğunu da müşahidə edirik. Bu ilin “Şuşa İli” elan edilməsinin istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda bütün dünya azərbaycanlıları tərəfindən böyük sevinclə qarşılandı. Məndə bir Şuşalı olaraq sevincimi və möhtərəm Prezidentimizə minnətdarlığımı xüsusi vurğulamaq isdəyirəm. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli”elan olunması bir daha Azərbaycanın hərbi-siyasi, diplomatik qələbəsinin, Ermənistana və ona dəstək verən bəzi dövlətlərə keçirilən tarix, hüquq və milli qürur dərslərinin təsdiqidir.
YAP Qaradağ rayon təşkilatının əməkdaşı Vüsal Yusifov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin