1991-ci ildə dövlət müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra siyasi, iqtisadi və sosial baxımdan mürəkkəb və böhranlı durum qarşısında qalan gənc dövlət olan Azərbaycanı güclü, iqtisadi cəhətdən dinamik dövlətə çevirmək üçün Ulu Öndər Heydər Əliyev yeni neft strategiyası müəyyənləşdirdi. Yeni strategiya neft gəlirlərinin əhalinin sosial rifahının yüksəldilməsində səmərəli istifadəsini, xam neft məhsullarının doğru formada çeşidləndirilməsini, karbohidrogen ehtiyatların dünya bazarına sərbəst və sürətli çıxışının təmin edilməsini, iri investorların cəlb edilməsini, mövcud və yeni yataqların istismarının qərbin müasir texnologiyalarına uyğunlaşdırılmasını təmin etməli idi.
Göründüyü kimi Ulu Öndərin təşəbbüsü və birbaşa rəhbərliyi ilə hazırlanan yeni neft emalı proqramı çox genişmiqyaslı və əhatəlidir. Milli sərvətimiz olan neftdən səmərəli istifadə olunması nəinki indiki nəslin, eyni zamanda gələcək nəsillərin firavan həyatının təmin olunmasının qarantı rolunda çıxış edir.
Bildiyimiz kimi 1994-cü ilin 20 sentyabr tarixində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Çıraq”, “Azəri” və “Günəşli” yatağının bir hissəsinin birlikdə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Əsrin müqaviləsi adlanan və dünyanın yeddi ölkəsini təmsil edən 11 beynəlxalq şirkətin yer aldığı 400 səhifə 4 dildə olan müqavilə 1994-cü ilin dekabr ayının 12-də parlament tərəfindən ratifikasiya olundu.
Bununla da Azərbaycanın dünyada geoiqtisadi və geosiyasi təsiri güclənmiş oldu. Yeni neft strategiyası sahəsində atılan addımlardan biridə 1999-cu il dekabr ayının 29-da Ümummilli Lider tərəfindən neft gəlirlərinin şəffaf, səmərəli və məqsəqyönlü idarə edilməsi üçün Azərbaycan Dövlət Neft Fondunun yaradılması haqqında imzalanan fərman oldu. Əsrin müqaviləsi adlanan bu hadisədən 20 ildən artıq müddət keçməsinə baxmayaraq bu strategiyanın hələ də uğurla davam etdirilməsi günümüzün dəyişməz reallığıdır.
Hazırda hasil edilən neft və qaz ehtiyatlarımız beynəlxalq bazarlara bir neçə xətt üzrə çıxarılır. Bunlar: Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləridir.
Əsası Ulu Öndər tərəfindən qoyulmuş və regionda təhlükəsiz mühitin yaranmasına səbəb olan milli neft strategiyası hal-hazırda cənab prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bu uğurlu siyasət dövlətimizi enerji təhlükəsizliyi sahəsində etibarlı və güclü tərəfdaşa çevirməkdə davam edir.
Azərbaycanın neft strategiyası haqda Ümummilli Lider Heydər Əliyev demişdir: “Neft strategiyasının əsas prinsipləri ölkəmizin zəngin neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
Azərbaycan neft sektorunun sürətli inkişafı ilə böyük nailiyyətlər əldə edib. Neft sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi ümumi iqtisadi inkişafın tərəqqisinə xidmət edir.
Ölkəmiz neftlə yanaşı iri qaz ehtiyyatlarınada malikdir. Son zamanlara kimi təbii qaz ehtiyatlarının 2 trilyon kubmetr həcmində olduğu qeyd edilirdi. Amma son zamanlar bir neçə araşdırılma aparıldıqdan sonra bu həcmin daha çox olduğu bildirilir. Bu da ölkəmizin gələcəkdə iri qaz icrac edən dövlətlərdən biri olacağına heç şübhə yaratmır.
Dünya dövlətləri içərisində neft qaz ölkəsi kimi tanıınan Azərbaycan, eyni zamanda güclü tranzit potensialına malikdir. Regionun ən güvvətli dövləti olan ölkəmizin Şimal-Cənub, Şərq-Qərq layihələrindəki liderliyi onu beynəlxalq tranzit ölkə kimi səciyyələndirir. Bütün bu amillər Azərbaycanı bölgədi təhlükəsizliyin və sülhün təminatçısı rolunda olduğunu göstərir.
Azərbaycan iqtisadiyyatı Ulu Öndər Heydər Əliyevin milli köklərə söykənən təməllər üzərində sürətli və hərtərəfi inkişaf edir. Ölkəmiz irimiqyaslı beynəlxalq layihələrə ev sahibliyi edir, bütün bunlar Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun göstəricisidir.
Heç şübhəsiz deyə bilərik ki, bu gün Azərbaycanda aparılan siyasət xalqımızın sosial rifahının yüksəldilməsinə, dövlətimizin iqtisadi qüdrətinin güclənməsinə və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun mühkəmlənməsinə xidmət edir.
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Eldəniz Zeynalov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin