Akademik bazası olan bir çox rəssamlar niyə məhz bu üslubda gözəllik axtarmağa başladılar? Zahirdən estetik olsa da daxilən insanı düşünməyə vadar edən bu əsərlərin tamaşaçı rəğbətini qazanmışdı. Deməli bu əsərlərdə təkcə yaradıcılıq deyil daha çox Fəlsəfə önəmli rol oynayırdı. Abstraksionizmin formalaşmasına kubizm, futurizm və ekspressionizmin müəyyən təsiri olmuşdur. Vasili Kandinski və Kazimir Maleviç abstraksionizmin baniləri hesab olunurlar. Bu rəssamlar öz yaradıcılıqlarına münasibətdə “predmetsiz sənət” anlayışından istifadə etməyə daha çox üstünlük verirdilər. K.Maleviç 1927-ci ildə nəşr etdiyi “Predmetsiz aləm” adlı kitabında haqlı olaraq qeyd edirdi ki, əsərlərdə predmetin olmaması heç də mənasızlıq deyil. Onun əsərlərində abstrak formaların fiqurativliyinin qorunub saxlanıldığı ideal xarakterli bəzi mahiyyətlərin isə mistik məzmuna malik olduğunu nəzərə alsaq, onda bu fikrin doğruluğunu görərik.
Abstarksionizm bilavasitə fəlsəfi və estetik axtarışlarla bağlı olmuş və bu cərəyanın liderləri Vasili Kandinski, Kazimir Maleviç, Teo Van Düsburq, Pit Mondrian isə yalnız rəssam deyil, həmçinin publisist, yazıçı və eləcə də yeni estetikanın yaradıcıları olmuşdular. Bu rəssamları bir sıra ümümi cəhətlər birləşdirirdi. Birincisi, abstraksionizmin baniləri idealist dünya görüşünə malik idilər. ikincisi həmin bu rəssamlar öz yaradıcılıqlarında kostruktiv formalara meyilli idilər. Nəhayət abstarksionistlərin ilk nəslinin üçüncü ümumi cəhəti isə özünəməxsus nəzəri sistem qurmaq cəhdi idi. Əgər kubizm, futurizm, dadaizm, sürrealizm qrupları rəssam və şairlərin birliyi idisə və yeni metodların qurulması vəzifəsini əsasən yazıçılar öz üzərinə götürürdüsə, abstrakt rəssamlığın təşəbbüskarları nəzəri sistemi öz öhdələrinə götürmüşdülər. Hətta belə təsəvvür yarana bilər ki, nə onlardan öncə, nədə onlardan sonra gələn rəssamlar bu qədər çox sayda məqalə, nitq və müzakirə kursları yazmamışdır. Onlar belə hesab edirdilər ki, yer üzündə hələ məlum olmayan bir sənət tipi yaradılar və hər şeyi sıfırdan başlayırlar. Abstraksionistlərin bütün təcrübələri təmiz formanın axtarışı ilə bağlı olmuşdur. Bu rəssamlar rəng və xətt kimi fiqurativ xarakterə malik olmayan vasitələrlə kompozisiya yaradırdılar. Lakin sonda müəllifin müəyyən süjet və yaxud üsluba münasibətini ifadə edən əsər ortaya çıxırdı. Lakin bəzən süjetsiz kompazisiyaya malik əsərlər də yaradılırdı ki, bu əsərləri çox zaman “Kompozisiya”, “Nömrə” yaxud “Adsız” kimi adlandırırdılar. Hətta elə olurdu ki, rəssamlar yalnız şəklin çəkildiyi tarixlə də kifayətlənirdilər.
Abstraksionizmdə iki istiqamət- həndəsi (Maleviç, Mondrian, qismən Delone) və lirik (Kandinski, Kupa) istiqamətləri formalaşır.
Həndəsi Abstraksiya aydın xətlərdən və həndəsi fiqurlardan ibarət olduqda həndəsi adlanır. İncəsənətdə həndəsi formalar nəinki yeni yaradıcılıq dövrünün başlanğıcını qoydu, onlar çoxlu müxtəlif cərəyanların yaranmasına səbəb oldu: futurizm, suprematizm, kubizm, dəqiqlik, konstruktivizm və s. Bu üslubda olan əsərlər gənc yaradıcıları ruhlandırır və bu gün də qızğın müzakirələrə səbəb olur. Pikassonun, Dali, Kandinski və Maleviçin adları hətta rəssamlıqdantamamilə uzaq olanlara da məlumdur. Həm də ona görə ki, onlar dünyaya reallığın dəqiq ötürülməsindən daha çox şey verdilər: aydın və dəqiq fikirlər, düşüncələr, hisslər.
... Deyirlər ki, «incəsənət yalnız o zaman dəyərlidir ki, o bizimlə danışır». Hansı dildə danışırsa danışsın, ancaq məramı xoş olsun. Əsrlər boyu müxtəlif janrlarda ərsəyə gələn sənət əsərləri öz dövrünün tələblərinə uyğun yaranmışdır. Rəssamlıqda «novatorluq» göstərən Kazimir Maleviç XX əsrin əvvəllərində müxtəlif rəngli kvadrat şəkilləri vasitəsilə tamaşaçısına nə demək istəyib? O, «Qara kvadrat» şəklinin mövzusunu sakrallaşdıraraq onu kosmik şüurun təsiri altında yarandığını iddia etmişdir. O, əslində qəlbinin, düşüncələrinin qaranlıq tərəfini incəsənət vasitəsi ilə reallaşdırmışdı. Deyilənə görə, qaralamasını bitirdikdən sonra rəssam bir həftə nə yeyib, nə də içib və incəsənətdə «suprematizm» cərəyanının əsasını qoyub. Bu əsəri «zamanın ikonası» adlandıranlar da az deyil. K.Maleviç də öz xarici həmkarlarından geri qalmır, cəmiyyətə 1915-ci ildə ilk nifrət kvadratını təqdim edir. «Günəş üzərində qələbə» operasının davamı olan «Qara kvadrat»dan iki il sonra rus imperiyası qara günlərini yaşayır. İnqilabdan sonra da çəkdiyi qara kvadratlar ölkədə repressiyaların qara niyyətinə yol açır. Qaranlığa can atan «Günəş üzərində qələbə» ideyası isə günahsız insanların üzərində qələbə kimi həyata keçir. Deyirəm ki, ağdərili qagünlü olmaqdansa, qaradərili ağgünlü olmaq ondan yaxşıdır.
Teo van Doesburq təkcə rəssam və heykəltəraş deyil, həm də memar idi. Onun əsərlərində həndəsi abstraksiya üçün xarakterik üsullar da izlənilir: məhdud rəng palitrasının, düz xətlərin (üfüqi-şaquli), məhdud rəng palitrasının (qara, ağ, boz) istifadəsi. Bu rəssamın rəsmləri müasir memarlığa əhəmiyyətli təsir göstərmişdir.
“Lirik abstraksiya 1960-70-ci illərdə minimalizmə və konseptual sənətə çağırış kimi ortaya çıxdı. Bir çox rəssamlar həndəsi, sərt və minimal üslublardan uzaqlaşaraq daha lirik, həssas, romantik abstraksiyalara keçməyə, sərbəst jest üslubunda işləməyə başladılar. Bu “lirik abstraksionistlər” abstrakt rəngkarlığın hüdudlarını genişləndirməyə, eləcə də Amerika incəsənətində təsviri “ənənəni” canlandırmağa çalışırdılar. Eyni zamanda, bu rəssamlar estetik prinsiplərə uyğun tərtib olunmuş əsərlərdə ictimai-siyasi reallıqların və ya fəlsəfi nəzəriyyələrin əyani təsviri kimi deyil, formal elementlər kimi xətt və rəngin üstünlüyünü bərpa etməyə çalışırdılar. Lirik Abstraksiya özünü ifadə etmək imkanını açdı.
Abstraksionizmin digər banisi də Vasili Vasilyeviç Kandinski məşhur rus rəssamı, təsviri incəsənət nəzəriyyəçisi və qrafika ustasıdır. O 1866-cı ilin dekabrında Moskvada anadan olmuşdur. Kandinski professional rəssamlıqla nisbətən gec məşqul olmağa başlayır. Hələ Moskva universitetində təhsil aldığı illərdə fransız rəssamı Klod Monenin bəzi əsərlərinin reproduksiyasını görmüşdü. Klod Monedən sonra Sezan, Matiss və Piksso sənəti onu özünə cəlb etmişdi. Murnauda rəssam əlvan işıqlı boyalara üstünlük verirdi. Lakin çəkdiyi kompozisiyalar onun özünü qane etmirdi. Sonradan rəssam improvizasiyalar üzərində işləməyə başlayır.
Bu improvizasiyalarda real formalar əvvəllər olduğundan daha artıq deformasiyaya uğramış, tablolar bir qədər şifrələnmiş, formalar isə tamamilə qeyb olmuş olur. Kandinski yağlar üzrə ixtisaslaşmışdı, lakin zaman-zaman akvarellərlə işləyirdi. Onun ən məşhur və abstrakt sayılan ilkakvarel rəsmlərindən biri də “Adsız” əsəridir. Əsər 1910-cu ildə akvarel və hind mürəkkəbinin qarışığından hazırlanmışdır, altında bir qədər süni qələm istifadə edilmişdir. Burada biz onun əksər rəsmlərində rast gəlindiyi kimi yaxşı rəng çaxnaşması tapırıq, lakin yağlar əvəzinə akvarellərin istifadəsi bu sənət əsərini 1910-cu ildəki çıxışından maraqlı və kifayət qədər unikal edən nəzərəçarpacaq dərəcədə fərqli bitirmə yaradır. İş yaxından belə görünür. tez tamamlandı, bu sənət növü üçün xarakterikdir, çünki boya çox tez quruyur. O, həm də ifadəli şəkildə işləyir, dəqiqlikdən çox narahat deyil, daha çox rəng seçimlərinə diqqət yetirir və kətanı müxtəlif forma və xətlərlə doldurur. Bu, həqiqətən mücərrəd idi vəistifadə etdiyi formalarda reallıqdan çox uzaq idi.
Həmin dövrdən günümüzə qədər gəlib çatmış azsaylı əsərlərdən biri də Kandinskinin digər maraqlı əsəri də “Bir neçə dairə” mücərrəd üslubundakı mükəmməl nümunəsidir. Buradakı formalar xarici reallıqla əlaqəsindən asılı olmayaraq məna kəsb edir və həyatla doludur. Bu ahəngdar kosmik kətan Kandinskinin dairələrlə əvvəlki bütün təcrübələrinin kulminasiya nöqtəsi, səma sferalarının musiqisinin lakonik və eyni zamanda sonsuz dərin vizual nümayişi idi. Rəssamın özü də vaxtilə son dərəcə sadə görünən bu formanın çox poetik tərifini və təsvirini vermişdi: “Son vaxtlar tez-tez istifadə etdiyim çevrəni romantikdən başqa heç nə adlandırmaq olmaz. İndiki romantizm isə şübhəsiz ki, daha dərin, daha gözəl, mənalı və faydalıdır. Bu, içərisində od yanan buz blokudur. İnsanlar yalnız soyuqluğu hiss edə bilirlərsə, ancaq atəş hiss etmirlərsə, onlar üçün daha pisdir ... "
Birinci dünya müharibəsinə qədər abstraksionizm, demək olar ki, bütün avropa ölkələrinin rəssamlarını özünə cəlb etmişdir. 1912- ci ildə Kandinsi abstraksionizmin nəzəri bazasına çevrilən “Sənətdə mənəviyyat haqqında” adlı kitabı yazır. Rusiyada isə bu istiqamətdə ən əhəmiyyətli əsərlər Kazimir Maleviç və eləcə də “Luçizm” (“Luç” rus dilində “Şüa”) cərəyanının nümayəndələri Mixail Larinov və Nataliya Qonçarova tərəfindən yaradılmışdır.
İkinci dünya müharibəsi ərəfəsində abstrak incəsənətinin mərkəzi Avropadan ABŞ-a keçir və burada abstrakt-ekspressionizm istiqaməti yaranır. Abstrakt-ekspressionizm öz rəngarəngliyi və müxtəlifliyi ilə seçilirdi. Rəssamlar həm lirik, həm də mistik abstraksiyalar yaradırdılar. ABŞ rəssamları Jorj Matye və Cekson Pollokun əsərləri olduqca temperamentli və dinamik xarakterə malik idi.
Mətni araşdırdı: Sənətşünas Səmayə Xəlilova.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin