Bəsitçay Dövlət Təbiət Qoruğunun strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir. ANmedia.az APA-nın xəbərinə istinadən bildirir ki, bu Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun Əsasnaməsində əksini tapıb. Qoruğa Azərbaycan Ardı
Dekabrın 5-də Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək. ANmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə məlumat verib. Ardı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Polşanın paytaxtı Varşava şəhərində keçirilən “Regionda yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik və davamlı sülh arxitekturasının perspektivləri” adlı konfransda iştirak edir. ANmedia.az xəbər verir ki, konfrans Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilir. Ardı
Şəhid ailələri və qazilər üçün daha 400-dən çox fərdi evin tikintisi yekunlaşıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün bu günlərdə daha 410 fərdi evin tikintisinin yekunlaşdığı diqqətə çatdırılıb. 54 fərdi evin tikintisinin isə tamamlanmaqda olduğu bildirilib. Ardı
Yeni yaradılan Naxçıvan Baş Gömrük İdarəsinə müvəqqəti rəis təyin olunub. “Report”a Dövlət Gönrük Komitəsindən (DGK) bildirilib ki, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyevə həyavə edilib. Xatırladaq ki, dünən Prezident Ardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ANmedia.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Ardı
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. ANmedia.az-ın xəbərinə görə, layihə barədə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli məlumat verib. O, layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin Ardı
Azərbaycanla Rusiya arasında pensiya sahəsində müqavilə imzalanmaq mərhələsindədir. ANmedia.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da deyib. O bildirib ki, hazırda bir sıra ölkələrlə, o cümlədən Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Belarus, Serbiya, Ardı
Noyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bundan başqa, noyabrın 28-i saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Ardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavini qəbul edib. ANmedia.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.