İyunun 22-də işğaldan azad edilmiş Laçın şəhərində rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib. Bu barədə ANmedia.az-a Baş Prokurorluqdan məlumat verilib. Açılış mərasimində Baş prokuror Kamran Əliyev, Baş prokurorluğun rəhbər heyəti, eləcə də prokurorluğun veteranları iştirak edib. Tədbirdən öncə mərasim iştirakçıları xalqımızın Ümummilli Lideri Ardı
İşğaldan azad edilmiş ərazilərdə indiyə qədər 83 993 ha hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. ANmedia.az xəbər verir ki, bunu ANAMA-nın əməliyyat idarəsinin rəisi İdris İsmayılov deyib. O bildirib ki, indiyə qədər 89 mindən çox mina və hərbi sursatlar aşkar edilərək məhv edilib: "Biz ilk gündən yaşayış yerləri, yol və infrastruktur Ardı
Çex Respublikası parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdama səfəri başlayıb. ANmedia.az xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törədilən müharibə cinayətləri ilə, həmçinin şəhər işğaldan azad olunandan sonra Ardı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçına növbəti köçlə bağlı məlumat yayıb. Qurumdan ANmedia.az-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. İyunun 19-da növbəti köç karvanı Bakı şəhərinin Ardı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə verilib. ANmedia.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Ümumi sahəsi 299,50 kvadratmetr olan mərkəz biri 5 çarpayılı stasionar olmaqla, ümumilikdə 15 otaqdan ibarətdir. Mərkəzdə həkim otağı, tibb bacısı otağı, prosedur-sarğı Ardı
“Füzuli və Ağdam şəhərlərində həm içməli, həm kanalizasiya, həm də yağış sularının idarə olunması sistemlərinin qurulması planlaşdırılır”. ANmedia.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında “Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, Ağdam şəhərində yağış suları anbarlarda təmizlənib həm texniki su Ardı
“Zəngilan rayonunun Ağalı və Tərtərin Talış kəndində çadır tipli heyvan kəsimi məntəqələri quraşdırılıb”. ANmedia.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. O qeyd edib ki, həmin çadırlar Qurban bayramından əvvəl quraşdırılıb: “Bildiyiniz kimi, artıq əhali bəzi əraziyə köçüb. Ardı
Azərbaycan Velosiped Federasiyasının (AVF) Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün başlayacaq. ANmedia.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən Ardı
“Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir”. ANmedia.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib. O söyləyib ki, ölkə rəhbərliyi tərəfindən bununla bağlı tapşırıq verilən kimi dərhal icra olunacaq. Laçının Sus və Zabux kəndlərində aparılan Ardı
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə 2023-cü ilin iyun ayının 7-dən 11-dək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Federasiyadan verilən məlumata istinadən xəbər verir ki, şose Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.