"Qeyd etmək istəyirəm ki, Məşvərət Şurasının hər bir iclasında müəyyən nailiyyətlər əldə edilmişdir. Hər il biz müəyyən yeni nailiyyətlər haqqında məlumat verirdik. Biz çox şadıq və özümüzü təbrik edə bilərik ki, bu dəfə biz Cənub Qaz Dəhlizinin uğurla tamamlanması haqqında məlumat verə bilərik". Annedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Ardı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 050 yeni yoluxma faktı qeydə alınıb, 3 435 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan anmedia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 683 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, Ardı
Ötən ay xaricdə təhsil alan 95 nəfərin diplomu tanınmayıb. Bu barədə anmedia.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirlib ki, yanvar ayı üzrə 431 müraciətçinin 336-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb: "Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş Ardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Anmedia.az xəbər verir ki, dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Ardı
“Cənub Qaz Dəhlizi 8-ci Məşvərət Şurasının Azərbaycan Prezidenti İlham Əliyevlə birgə açılışını etməkdən şərəf duyuram”. Anmedia.az xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson tviterdə yazıb. “Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına nəqlinin artırılmasında göstərdiyi səylərə görə Azərbaycana təşəkkür etmək Ardı
Bu gün Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib. Anmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazirlər Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər. Danışıq zamanı Azərbaycan-Ukrayna dostluq Ardı
Bakıda və Abşeron yarımadasında fevralın 5-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Anmedia.az-a verilən məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə Ardı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 6 113 yeni yoluxma faktı qeydə alınıb, 3 267 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Anmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 18 nəfər COVID-19-dan dünyasını dəyişib. İndiyədək ölkədə ümumilikdə 676 426 nəfərin koronavirus infeksiyasına yoluxması Ardı
Fevralın 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib. Bu barədə Anmedia.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunublar. Hadisə ilə Ardı
Mədəniyyət naziri Anar Kərimov fevralın 3-də Gəncə şəhərinə səfər edib. Anmedia.az xəbər verir ki, səfər çərçivəsində nazir Gəncə şəhərində yerləşən mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olacaq. Eyni zamanda mədəniyyət və incəsənət sahəsində çalışan tanınmış şəxslərlə görüşlər keçiriləcək. Nazir əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.