“Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayevə Prezident Administrasiyasında vəzifə verilib. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, o, qurumun Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri təyin olunub. Qeyd edək ki, T.Feyzullayev Dövlət İdarəçilik Akademiyasını bitirib, daha sonra təhsilini Fransanın Tuluz Universitetində davam Ardı
Noyabrın 15-də Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Albaniya Respublikasının Baş naziri Edi Rama tərəfindən nahar verilib. ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Ardı
“Mən sizin fikrinizə qoşuluram ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək İşçi Qrup tezliklə birinci iclası keçirtməlidir. Çünki müzakirə ediləsi məsələlər çoxdur”. ANmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında deyib. Azərbaycan Prezidenti Ardı
Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tiranadakı “Brigades” Sarayında rəsmi qarşılanma mərasimi olub. ANmedia.az xəbər verir ki, Azərbaycanın və Albaniyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Albaniya Respublikasının Prezidenti Bayram Beqay Ardı
Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının texniki yardım aləti olan Socieux+ arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. ANmedia.az DSMF-dən Banker.az-a verilən məlumata istinadən xəbər verir ki, Fondun İdarə Heyətinin sədri Himalay Məmişov Socieux+ proqramı çərçivəsində Fransanın və Finlandiyanın pensiya qurumlarının ekspertləri ilə görüşüb. Ardı
Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatı sona çatıb. ANmedia.az saytının məlumatına görə, 12 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Əhməd Xaqan 9 oyundan 7 xal toplamaqla gümüş medal qazanıb. Ardı
Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. ANmedia.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident, Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. İnanıram ki, Ardı
Azərbaycan hökuməti ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı (UNİDO) rasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb. ANmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib. "Sənəd təşkilatla əməkdaşlığın genişləndirilməsinə və ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə xidmət edən mexanizmlərin icrasına Ardı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunun 28 May qəsəbəsi ərazisində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. ANmedia.az FHN-dən APA-ya verilən xəbərə istinadən bildirir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb Ardı
Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırmaları zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.