“Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”. Anmedia.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarov tviterdə yazıb. “Əminik ki, gec-tez haqq-ədalət öz yerini tutacaq və Xocalı soyqırımının təşkilatçıları və icraçıları layiq olduqları cəzaları alacaqlar”. Ardı
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Anmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Yürüş iştirakçıları Xətai rayonunda ucaldılan Xocalı abidəsinin yerləşdiyi əraziyə gəliblər. Ardı
Rusiyanın Kazan şəhərində keçirilməli olan cüdo üzrə Böyük Dəbilqə ləğv olunub. Anmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (IJF) xəbər yayıb. Buna səbəb kimi Rusiya və Ukrayna arasındakı müharibə göstərilib. Qeyd edək ki, turnir 20 - 22 mayda baş tutmalı idi. Ardı
“Gecə guya mənim silahı yerə qoymaq çağırışlarım barədə xeyli məlumat yayılıb. Demək belə: mən buradayam, heç bir silahı da yerə qoymayacağıq”. Anmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin mərkəzində video çəkərək söyləyib. “Biz ordumuza və ölkəmizə inanırıq. Biz onu müdafiə edəcəyik! Yaşasın Ukrayna!”, - dövlət başçısı vurğulayıb. Ardı
“Facebook” sosial şəbəkəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar öz platformasında Rusiya dövlət KİV-nin reklam və monetizasiyanı qadağan edir. Anmedia.az xəbər verir ki, bu barədə “Facebook”un kibertəhlükəsizlik departamentinin rəhbəri Nataniel Qleyxer tviterdə yazıb. Onun sözlərinə görə, “Facebook” Ukraynadakı vəziyyəti diqqətlə izləyir. “Biz indi Ardı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,11 ABŞ dolları, yaxud 6,7 % azalaraq 99,11 ABŞ dollarına çatıb. Anmedia.az bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 97,93 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Ardı
Xalq artisti Əlibaba Məmmədov birinci Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə Anmedia.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Onun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Ə.Məmmədov musiqi təhsilini Ardı
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib. Anmedia.az xəbər verir ki, paylaşımda deyilir: “Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Ardı
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 30 il ötür. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində Ardı
Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib. Anmedia.az xəbər verir ki, bu barədə xanəndənin sənət yoldaşları məlumat verib. Qeyd edək ki, Xalq artisti Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.