Bakıda və Abşeron yarımadasında martın 16-da havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Anmedia.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, Abşeron yarımadasının əsasən şimal hissəsində qısa müddətə sulu qara keçməsi ehtimal edilir. Yağıntı axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb Ardı
Prezident İlham Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Anmedia.az xəbər verir ki, sərəncamla Mədəniyyət Nazirliyinə Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla Fikrət Əmirovun 100 illik yubileyinə dair tədbirlər Ardı
Qazaxlar kənd tam orta məktəbdə Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Anmedia.az xəbər verir ki, tədbirdə məktəbin tarix müəllimi Həmdiyyə Quliyeva şagirdlərə İkinci Dünya Müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun həyatı və döyüş yolu haqqında geniş məlumat verib, onun könüllü Ardı
Ölkəmizdə əməkhaqlarında və əmək müqavilələrinin sayında baş verən ardıcıl artımlar illik əmək haqqı fondunun mütəmadi artmasını şərtləndirir. Nazirlikdən Anmedia.az-a verilən məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında da Azərbaycanda əmək haqqı fondunda 8,4 faiz artım qeydə alınıb. Xatırladaq ki, son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əmək haqqı Ardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Anmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ardı
Suraxanıda şəhid ailələrinə bayram sovqatları paylanılıb. Anmedia.az xəbər verir ki, Novruz bayramı ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və M.Mehdiyev adına 280 saylı tam orta məktəbin dəstəyi ilə yardım kampaniyası keçirilib. Kampaniya zamanı Hövsan qəsəbəsi və ətraf ərazilərdə yaşayan 19 şəhid ailəsinə ərzaq yardımları edilib. Ardı
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Anmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövləti başçısı tədbirdə çıxış edib. *** Bu gün Azərbaycanda 230 Ardı
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Anmedia.az xəbər verir ki, bunu Ş.Mişel tviter səhifəsində yazıb. Liderlər regional prosesləri, o cümlədən Cənubi Qafqazdakı durumu və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Ardı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 vaksin vurulub. Bu barədə Anmedia.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Gün ərzində birinci doza vaksinlərin sayı 1, ikinci doza vaksinlərin sayı 5 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 20-dir. Pozitiv nəticədən sonra “buster” doza Ardı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Anmedia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 790 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.