“Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil”. ANmedia.az xəbər verir ki, bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Cənubi Qafqazda sülhün və normallaşma prosesinin başlanmasına şərait yaradıb. Ardı
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupu yaradılıb. Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi Ardı
Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 10 dəfə atəşə tutulub. Müdafiə Nazirliyindən Anmedia-ya verilən xəbərə görə, bunlardan 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən Ardı
Amerikalı aktrisa və prodüser Cessika Çesteyn Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. ANmedia.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz instaqram hesabında bildirib. “Amerikalı aktrisa Cessika Çesteyn bu gün Ukraynadadır. Bizim üçün məşhur insanların belə səfərləri çox qiymətlidir. Bunun sayəsində dünya ölkəmizdə baş verən hadisələr haqqında həqiqəti Ardı
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 7-də uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirilib. ANmedia.az Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, imtahan Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə 8 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün 1992 Ardı
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə gedəcək. ANmedia.az xəbər verir kİ, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, C.Bayramovun səfəri türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə gerçəkləşəcək. Nazir Səfirlərin XIII Konfransında iştirak etmək üçün 8-9 avqust Türkiyədə səfərdə olacaq. C.Bayramovun Konfranda səfirlər Ardı
Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Anmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala Ardı
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Anmedia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən Ardı
ANmedia.az xəbər verir ki, bu haqda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz tviter hesabında yazıb. O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etdirilməsi və konkret irəliləyişin əldə olması mühüm əhəmiyyət daşıyır. Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir. Ardı
Bu gün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçiriləcək. Bu barədə ANmedia.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir. İmtahan saat 11:00-da başlanacaq, 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.