“Alleqoriya” incəsənət platforması bir ildən sonra yenidən sərgi təşkil edərək gəncləri incəsənətlə görüşdürür. ANmedia.az xəbər verir ki, yerli rəssamlara dəstək olmaq, gənclərin incəsənətə marağını artırmaq üçün fəaliyyət göstərən “Alleqoriya” ötən ilin aprelində Bakı Dövlət Universitetində təşkil etdiyi rəsm sərgisindən sonra yenidən rəsm sərgisi keçirəcək. Ardı
23 fevral tarixində "Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş möhtəşəm Forum təşkil ediləcək. ANmedia.az xəbər verir ki, Forumda rəsmi qonaqların çıxışları, interaktiv debat, bir-birindən maraqlı təqdimatlar və çıxışlar, musiqili qonaqların çıxışları (ifalar və rəqs), əyləncəli intellektual bilik yarışı, fəal iştirakçılara xüsusi hədiyyələrin (Fəxri Diplom, Ardı
"Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək". Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib. "Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik. Hərəkət iştirakçılarına Ardı
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək. ANmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata Ardı
Bu gün Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı, publisist Aydın Tağıyevin, Bakı Xoreoqrafiya Akademiyasında, Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə "Mili dəyərlər və Vətəndaşlıq" "Vətən" layihəsi və onun əhəmiyyəti mövzusunda təlim - seminarı keçirilmişdir. ANmedia.az xəbər verir ki, ölkəmizin müstəqilliyi, ərazi Ardı
ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 22 və 23 fevral tarixlərində əlavə qatar reysləri təyin edir. ANmedia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilib ki, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərlər. Ardı
Fevralın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə ANmedia.az-a Milli Hidrometeorologiya xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 0-3° Ardı
“Global Media Group”un nəzdində fəaliyyət göstərən onlayn resurslara kütləvi haker hücumu həyata keçirilir. ANmedia.az xəbər verir ki, bu barədə “Global Media Group” açıqlama yayıb. Açıqlamada deyilir ki, bu kiberhücumlarla əlaqədar hazırda "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarının və "Baku TV"nin fəaliyyətində problem yaranıb. Ardı
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. ANmedia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 25 fevral saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I–X sinifləri Ardı
"Bakı Metropoliteni" QSC sədrinə yeni müşavir təyin edilib. Bu barədə ANmedia.az "Bakı Metropoliteni"nə istinadən xəbər verir. Məlumata görə, bu vəzifə İnarə Vəliyevaya həvalə edilib. İnarə Vəliyeva 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində bakalavr, 2007-2010-cu Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.