Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,3% artaraq 9 milyard 087,1 milyon manat təşkil edib. ANmedia.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bunun 6 milyard 895,6 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, Ardı
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb. ANmedia.az President.az-ın məlumatına istinadən bildirir ki, dəyişikliklə Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələri yeni redaksiyada verilib. Dövlət sosial sığorta sistemində fərdi uçot - Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial Ardı
Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi səhər arabir güclənəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 8-13 Ardı
Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə məktub ünvanlayıb. ANmedia.az bildirir ki, məktubda deyilir: “Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Belə bir əlamətdar Ardı
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycanın iki idmançısı finala yüksəlib, üçü bürünc medal qazanıb. ANmedia.az xəbər verir ki, Nicat Hüseynov (51 kq) yarımfinalda türkiyəli Semih Gümüşi 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesabı ilə üstələyib. Avropa çempionumuz ardıcıl ikinci dəfə qitə birinciliyində Ardı
Müasir ədəbiyyatımızın ən çox oxunan müəlliflərindən olan Rövşən Abdullaoğlunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 11-15 noyabr tarixlərində təşkil etdiyi IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oxucularla görüşü və imza mərasimi keçirilib. Bakı Ekspo Mərkəzində baş tutan görüşdə bu dəfə də böyük izdiham yaşanıb. Yüzlərlə oxucunun iştirakı ilə Ardı
Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı oldu Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Leyla Əliyevanın “Sevgi” kitabının təqdimat mərasimi olub. "Şərq-Qərb" nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlının moderatorluğu ilə keçirilən Ardı
Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Gənc Sahibkarların IV Forumu keçirilib. Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən tədbirdə 100-dən çox sahibkar, sahibkarlıq ekosisteminin fəal üzvləri, startap, habelə biznes fəaliyyətinə marağı olan gənclər Ardı
“Yaxın vaxtlarda azad edilmiş ərazilərdə Dövlət Komitəsinin xidmət bölmələri istifadəyə veriləcək”. ANmedia.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında məlumat verib. O, Dövlət Komitəsinin azad edilmiş ərazilərdə müvafiq xidmət bölmələrini təşkil etmək niyyətində olduqlarını Ardı
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı ilə bağlı Sərəncam imzalayıb. ANmedia.az bildirir ki, bu barədə President.az xəbər verir. Sərəncamla Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.