Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk dövrəsində ən çox oyun idarə edən hakimlər bəlli olub. ANmedia.az “Report”a istinadən bildirir ki, İnqilab Məmmədov siyahının ilk pilləsində qərarlaşıb. 10 gün sonra 40 yaşı tamam olacaq ədalət təmsilçisi 5 qarşılaşmada əsas hakim funksiyasını yerinə yetirib. FİFA referiləri Əliyar Ağayev, Rauf Cabarov və Cavid Cəlilov Ardı
Azərbaycan boksçusu Şamil Əskərov Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokuna qələbə ilə başlayıb. ANmedia.az Azərbaycan Boks Federasiyasından verilən məlumata istinadən bildirir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü türkiyəli Batuhan Ciftçini mübarizədən kənarlaşdırıb. O, rəqibini 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub Ardı
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin finalına yüksəlib. ANmedia.az xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) bütün rəqiblərini üstələyərək, həlledici görüşə vəsiqə qazanıblar. H.Heydərov yarımfinalda özbəkistanlı Şaxram Əhədova qalib gəlib. Onun finaldakı rəqibi Moldova təmsilçisi Pyotr Pelivan olacaq. Z.Tçkayev Ardı
Dünya Güləş Birliyinin rəsmi “Facebook” səhifəsi Azərbaycan yunan-Roma güləşçilərinin Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatındakı çıxışı ilə bağlı paylaşım edib. ANmedia.az xəbər verir ki, paylaşılan videoda pəhləvanlarımızın ötən gün keçirdikləri görüşlərdəki ən maraqlı epizodlara yer verilib. Qeyd edək ki, dünən Eldəniz Əzizli (55 kq), Sənan Ardı
Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək. ANmedia.az xəbər verir ki, ilk gündə kişilər iki, qadınlar isə üç çəki dərəcəsində mübarizə aparacaqlar. Azərbaycan millisinin 13 idmançısı bu gün çıxış edəcək. Onlardan səkkizi kişi, beşi isə qadın cüdoçulardır. Kişilər 60 kq Balabəy Ağayev - Lukhumi Çkvimiani (Gürcüstan) Əhməd Yusifov - Jorre Ardı
Azərbaycanın yeniyetmə şahmatçıları Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında komanda hesabında birinci olublar. ANmedia.az Şahmat Federasiyasından verilən məlumata istinadən xəbər verir ki, yığma buna dörd qızıl, iki gümüş və bir bürünc medal qazanmaqla nail olub. Turnirdə mükafatlandırma mərasimi də baş tutub. Qalib və mükafatçılara medal, diplom, Ardı
Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qələbə seriyasını inamla davam etdirir. Sentyabr ayının 9-da komandamız yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşıb və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb. Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqiylə geridə başlayan millimiz ümumilikdə Ardı
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə 13-14 sentyabr tarixində Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək. ANmedia.az AKAF-ın mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakıdan və Mingəçevirdən olan Ardı
Azərbaycan təmsilçisi Diana Dımçenko Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl medal qazanıb. ANmedia.az xəbər verir ki, idmançı birnəfərlik qayıqda həm Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası, həm də Bakı Avarçəkmə Kanoe İdman klubu (BAKİ) adından çıxış edib. Dımçenko hər iki kateqoriyada çıxışda ən yüksək mükafata sahib çıxıb. Ardı
Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. ANmedia.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) ötən ayla müqayisədə 3 pillə geriləyərək, 16-cı sırada qərarlaşıb. Ölkənin digər tanınmış qrossmeysteri Teymur Rəcəbovun adı yenidən reytinqə əlavə olunub. O, 2745 xalla 14-cü pillədə yer alıb. Bakıda Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.