Prezident İlham Əliyev “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, qanuna əsasən, Ardı
Azərbaycan Respublikasının Albaniya və Keniyada səfirlikləri fəaliyyət göstərəcək. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Albaniyadakı səfirlik Tirana, Keniyadakı isə Nayrobi şəhərində təsis olunacaq. Səfirliklərin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini Ardı
Bakıda və Abşeron yarımadasında noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Ardı
Suriyadan gətirilən 16 Azərbaycan vətəndaşı ilə bağlı sosial xidmət müəssisəsində sosial reabilitasiya xidmətlərinə başlanıb. Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata istinadən xəbər verir. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi repatriantların qarşılanmasını və müvafiq olaraq sosial xidmət müəssisəsinə Ardı
Noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkisində qalib gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi andiçmə mərasimi başlayıb. Astanada Müstəqillik Sarayında Tokayev and içərək rəsmi olaraq dövlət başçısı kimi fəaliyyətə başlayıb. Bundan sonra Qazaxıstanın dövlət himni səsləndirilib. Respublika Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurlan Ardı
Ermənistan sülh haqqında danışarkən onun nə dərəcədə səmimi olması mənə məlum deyil. ANmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. “Biz sülh istəyirik. Anlamaqlarını istəyirik ki, onların Qarabağda Ardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. ANmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ardı
O ki qaldı regionda dinc birgəyaşayışa, erməni cəmiyyəti onilliklər ərzində erməni diasporu və erməni millətçiləri tərəfindən aparılmış təbliğat ilə zəhərlənib. Bu, ermənilərin Qarabağın azərbaycanlı kəndlərində və şəhərlərində, həmçinin azərbaycanlılara qarşı törətdiklərinin səbəblərindən biridir. Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə Ardı
Biz hər zaman ləyaqətimizin, müstəqilliyimizin və ənənələrimizin müdafiəsində dayanacağıq. ANmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. Azərbaycan Prezidenti bildirib ki, heç bir xarici aktorun öz Ardı
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. ANmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.