
Möhtərəm Səhiyyə Nazirliyi , axı bu şəxsin həkimlik fəaliyyətini tamamilə dayandırmalı olan o sertifikatı rəsmən siz özünüz ləğv etmişdiniz! İndi necə olur ki, sertifikatsız, icazəsiz bir adam paytaxtın göbəyində, klinika divarları arasında insan bədənini kəsib-biçir və siz bu qışqıran reallığı doğrudanmı görmürsünüz? Yoxsa hər zamankı rahat və komfortlu bəhanələrlə kabinetlərinizdə yenə "məlumatımız yoxdur" ssenarisini oynayırsınız?
ANmedia.az xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist "Edliyyeinfo.az" informasiya portalının təsisçisi və rəhbəri, AJB-nin üzvü Jalə Asiman ictimailəşdirib.O daha sonra bildirir:Bir neçə gün öncə Nilufər Abdullanın anasının göz yaşları içində dediyi o sözlər – "3 balası hələ də anasının öldüyünü bilmir, ona məktublar, açıqcalar yazır" fəryadı – o rahat kreslolarda oturan məmurların vicdanını bir anlıq da olsa sızlatmırmı?
Dəhşət doğuran video burada: Plastik cərrah qanunsuz fəaliyyətini davam etdirir
Ən acınacaqlısı isə budur ki, sıravi bir vətəndaş sosial şəbəkədə cüzi bir kəlmə tənqid yazanda, ağlımıza belə gəlməyən mənalar çıxarıb dərhal hərəkətə keçən, qanunun bütün sərt üzünü göstərən o mexanizmlər, söhbət iki gənc qadının ölümünə bais olan Seymur Məmmədovdan gedəndə niyə bu qədər aciz, niyə bu qədər ləng və kor olurlar?
Daha nə qədər ananın, atanın bağrı qan olmalıdır, daha neçə körpə anasız qalmalıdır ki, o böyük qanunlarımız bu cür amansız və qanunsuz fəaliyyət göstərənlərə öz real gücünü göstərsin?
Əgər bu günə qədər səlahiyyətli şəxslərin bəhanəsi "xəbərsizlik" idisə, buyurun, bu da faktlar, bu da əməliyyat otağından gələn yeni meydanoxuma görüntüləri! İndi zəhmət çəkin, o yumşaq kreslolardan durub bu qanunsuzluğa, bu can bazarına son qoyun. Çünki bu laqeydlik davam etdikcə, növbəti faciənin məsuliyyəti təkcə o bıçağı tutanın yox, həm də bu rəzalətə göz yuman kor və kar strukturların üzərinə düşəcək!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








