Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva təcili yardım avtomobillərinin gec çatması barədə səsləndirilən narazılıqlara münasibət bildirib. Anmedia.az xəbər verir ki, N.Fərzəliyeva deyib ki, paytaxt üzrə mövcud olan 139 briqada adi gündə 1700-1800 çağırışı gecikmədən normal şəkildə Ardı
Bayram günlərində (31 dekabrdan 5 yanvaradək) Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub. Mərkəzin Mətbuat Xidmətindən anmedia.az-a verilən məlumata görə, müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Xəstəxanaya Ardı
Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2021-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb. Anmedia.az-ın xəbərinə görə, qanunvericiliyə əsasən, partiyalar yanvarın 1-dən etibarən illik hesabatlarını komissiyaya təqdim etməlidirlər. Yanvarın 1-4 ölkədə Yeni il bayramı tətili olduğuna görə hesabatların qəbulu bu gündən - yanvarın 5-dən başlayıb. Ardı
Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan edilib. Bu barədə anmedia.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, “Sanofi” şirkətinin davam edən tədqiqatlarına əsasən “Lozap®” ticari adlı losartan potassium - 50 mg tərkibli örtüklü tabletlər №30 (3x10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son Ardı
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, tanınmış ictimai xadim Ramiz Abutalıbov vəfat edib. Anmedia.az xəbər verir ki, bu barədə onun dostu Tahir Tahiroviç feysbukdakı hesabında bildirib. Qeyd edək ki, R.Abutalıbov ötən ilin noyabrında yıxılaraq zədə almışdı, o, bu səbəbdən yaşadığı Moskva şəhərində xəstəxanaya yerləşdirilmişdi. R.Abutalıbov bu Ardı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan anmedia.az-a bildirilib ki, bir gündə 77 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir. Ardı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 364 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan anmedia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 617 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan Ardı
Sabah saat 12:00-dan axşam saatlarına qədər Bakının Ziya Bünyadov prospektinin Koroğlu qovşağından 20 Yanvar dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tuneldə işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək. Bu barədə anmedia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sözügedən müddət ərzində tunellə Ardı
2022-ci ildə doğulan ilk körpə Gəncə şəhərində dünyaya gəlib. Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən anmedia.az-a verilən məlumata görə, ilin ilk körpəsi oğlandır. Gəncə Perinatal Mərkəzində dünyaya gələn körpələr əkizdir, ana Bərdə rayonunun Qarağacı kəndindəndir. Körpələrin çəkisi 1 kq 900 qram və 1 kq 600 qramdır. Ardı
Bu gün Yeni il bayramı ilə əlaqədar ictimai iaşə obyektlərinin saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verilib. Anmedia.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərarında əksini tapıb. Qərara əsasən, Yeni il bayramı ilə Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.