Bu ilin üçüncü rübündə ölkə daxilində 2,5 mlrd. kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur. ANmedia.az SOCAR-dan verilən məlumata istinadən xəbər verir ki, ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.“Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 mln. ton neft, 898 Ardı
Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi başlayıb. ANmedia.az-nın xəbərinə görə, müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edir. İclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarova partiya sədrləri ilə görüşüb. İclası vitse-spiker Fəzail İbrahimli açıq elan edib. Ardı
Oktyabrın 21-də Laçın rayonunun Suarası kəndində, minalardan təmizlənməmiş ərazidə 2 nəfər piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb. ANmedia.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində Həmidov Ardı
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. ANmedia.az bildirir ki, Dövlət Komitəsindən verilən xəbərə görə, Ermənistan üzərində qələbədən keçən iki ildə bu vəzifələrin icrası istiqamətində böyük işlər görülüb, yeni yol-nəqliyyat infrastrukturu qurulur, şəhər və kəndlərin təməli qoyulur, ilkin mərhələsi başlanmış Böyük Ardı
Vaşinqtonda Azərbaycanın Müstəqilliyini Bərpası Günü, eləcə də “Şuşa İli” münasibətilə qəbul keçirilib. ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib. Qeyd olunub ki, qonaqlar Əminə Fiqarovanın caz ifasından və Şuşanın rəsm sərgisindən zövq alıblar. Tədbirdə səfir Derek Hoqon, general-leytenant, Mark Sasseville və general Con Ardı
“Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir”. ANmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən bildirib. Dövlət başçısı deyib ki, təsadüfi deyil Ardı
Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. ANmedia.az xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən deyib. “Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük Ardı
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi təsdiqlənib. ANmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 100 000 (bir yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Nazirlər Ardı
Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bağdat Amreyev “Dostluq” ordeni ilə təltif edilib. ANmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzĺıalayıb. Ardı
Payız-qış mövsümünə hazırlıqla bağlı tullantı su xətlərində yaranan problemlərin aradan qaldırılması məqsədilə Bakı şəhərinin əsas daşıyıcı kollektorları və xətlərinə, baxış quyuları və yağış barmaqlıqlarına baxış keçirilib. ANmedia.az “Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata istinadən bildirir ki, bununla əlaqədar Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.