Güclü etnik, mədəni və tarixi bağlarla birləşən, özlərini “bir millət - iki dövlət” adlandıran Azərbaycanla Türkiyə əlaqələri yeni dövrdə yeni hədəflərə doğru yol alır. Hər iki ölkə inkişaf edib, gücləndikcə, bu, yaradılan əlaqələrin də keyfiyyətinə müsbət təsir edir. Tərəflər arasında daha möhkəm əlaqələr yaratmaq üçün formatlar axtarılır. Məhz növbədənkənar Ardı
Azərbaycan hökumətinin gördüyü mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 2-si qadın olmaqla 7 nəfər Azərbaycan vətəndaşı Vətənə repatriasiya edilib. ANmedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Ardı
Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist, yazıçı, publisist Aydın Tağıyevin müəllifi olduğu “Cənab Ali Baş Komandan tarxi əsərinə” musiqi bəstələnib. ANmedia.az xəbər verir ki, eyni zamanda, musiqi əsəri üçün ssenarisi Aydın Tağıyevə məxsus klip də ərsəyə gətirilib. Ekran işinin bəstəkarı və musiqi Ardı
Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. ANmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib. Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini Ardı
Qarabağda keçirilmiş antiterror əməliyyatı Azərbaycanın suverenliyini tam təsdiqlədi. ANmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib. Dövlət başçısı xatırladıb ki, artıq Azərbaycan ərazisində separatçı qüvvələrə yer yoxdur və bundan sonra heç vaxt olmayacaq. Ardı
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Türkiyənin paytaxtı Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. ANmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ardı
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. ANmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ardı
Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olacaq. ANmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. R.T.Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında Azərbaycan liderini rəsmi mərasimlə qarşılayacaq. Sonra iki dövlət başçısı arasında əvvəlcə təkbətək, ardınca Ardı
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub. ANmedia.az xəbər verir ki, Prezident Volodimir Zelenski dövlətimizin başçısını seçkilərdə qələbə münasibətilə təbrik etdi, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzuladı. Prezident İlham Əliyev Ardı
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb. ANmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.