İyulun 13-ü günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Anmedi.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ardı
Avro dollara nisbətdə ucuzlaşıb. Belə ki, 1 avronun qiyməti 1 dollardan aşağı düşüb. Bu, 2002-ci ilin dekabrından bəri ilk minimal göstəricidir. Bakı vaxtı ilə 16:45-ə olan məlumata görə, avro-dollar məzənnəsi 1/0,9997 olub. Saat 17:00 üçün göstərici 1,002 səviyyəsinə qalxıb. Qeyd edək ki, avro 2002-ci il yanvarın 1-də tədavülə buraxılıb. Mənbə: TASS Ardı
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi qələbə qazandığı 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələrinə və müharibə iştirakçılarına genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ANmedia.az-a verilən məlumata görə, ötən dövrdə Vətən Ardı
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Bu barədə Anmedia.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən daxil olan məlumatda Ardı
Türkiyənin Muğla vilayətində yenidən meşə yanğını başlayıb. ANmedi.az-ın məlumatına görə, Datça turistik bölgəsində başlayan yanğının söndürülməsi üçün 5 təyyarə, 9 helikopter və 30-dan çox digər texnika cəlb edilib. Yanğınla mübarizəyə hərbçilər də qoşulub. Qeyd olunur ki, bölgədə əsən külək yanğının qarşısının alınmasında çətinliklər yaradır. Bölgədən keçən Ardı
Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb. ANmedia.az xəbər verir ki, artıq nümayəndələr İstanbul şəhərindədir. Nümayəndə heyətlərinin Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacağı gözlənilir. Ardı
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlərin istehsalı davam edir. Anmedia.az xəbər verir ki, “Artilleriyanın atası” adlanan sonuncu film Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevə həsr olunub. 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər Ardı
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Səhiyyə Nazirliyindən Anmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə vəziyyət sabitdir, epidemioloji vəziyyət izlənilir. Qeyd olunub ki, yoluxma faktı qeydə alınmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən istifadə edilməyib. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Ardı
Xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib. SOCAR Petroleum QSC-dən "Anmedia.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata Ardı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya lideri Vladimir Putin və iranlı həmkarları İbrahim Rəisi iyulun 19-da İranın paytaxtı Tehranda keçiriləcək üçtərəfli sammitdə görüşəcəklər. Gündəlikdə duran əsas məsələnin Suriya olacağı, Astana formatında keçiriləcək üçtərəfli sammit çərçivəsində Ərdoğanın Putin və Rəisi ilə təkbətək görüşləri də planlaşdırılır. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.