"Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq". ANmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. “Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılıb. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Ehtiyacı olmayan Ardı
"Azərbaycanın xarici borcu 7 milyard dollardan azdır, həm də ümumi daxili məhsula nisbətdə kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir". ANmedia.az Ardı
Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə 2-6 oktyabrda Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib. ANmedia.az xəbər verir ki, iclası giriş sözü ilə açan Təşkilat Komitəsinin sədri Ə.Əsədov ilk dəfə 1950-ci ildə Paris şəhərində Ardı
"Məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir". ANmedia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib. Dövlət başçısı deyib: “Hələlik limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. Ona görə iqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə Ardı
"Keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə - 134 milyard manata çatıb". ANmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. “Biz bütün işləri öz hesabımıza edirik, müharibədən sonra heç kimdən yardım almamışıq. Sadəcə olaraq, iki ölkənin - Özbəkistanın və Qazaxıstanın prezidentləri Füzulidə iki məktəbin Ardı
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 8 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. ANmedia.az "Report"a istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 2 minik və 6 "KamAZ" markalı maşın Xankəndindən Laçın istiqamətinə keçid edib. Bu, Ardı
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir. ANmedia.az xəbər verir ki, sessiyanın gündəliyinə 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi, Ardı
Azərbaycan ərazisində hava şəraiti yağıntılı olub, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.ANmedia.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, qar örtüyünün hündürlüyü Altıağacda 25, Lerikdə 24, Qaxda 22, Xaltan, Yardımlıda 20, Qəbələdə 19, İsmayıllıda 16, Qubada 15, Şəkidə 13, Qusar, Ardı
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verir. ANmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ardı
Dünya Bankı (DB) məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına dəstək vermək üçün Azərbaycan hökuməti ilə uzunmüddətli xarakter daşıyacaq siyasi dialoqa başlamağa hazırlaşır. ANmedia.az DB-yə istinadən xəbər verir ki, Azərbaycan 2021-ci il iyulun 1-dən yüksək intensivlikli beynəlxalq münaqişənin təsirinə məruz qalan ölkə kimi həssas və Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.