Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiq edib. Anmedia.az xəbər verir ki, dəyişikliklə sənədə yeni maddə əlavə olunub. Sənədə əsasən, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın Ardı
Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Vidadi Yusif oğlu Babanlı “Şərəf” ordeni ilə təltif edilib. Anmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, V.Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində anadan olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan Ardı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Li Eun-Yong ilə bölgədəki vəziyyəti müzakirə edib. Xarici İşlər Nazirliyindən (XİN) anmedia.az-a verilən məlumata görə, nazir Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Li Eun-Yongun etimadnaməsinin surətini qəbul edib. O, səfir Li Eun-Yongu Ardı
Yanvarın 9-na olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən anmedia.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz Ardı
Bakının Xətai rayonunda Zəfər Muzeyinin tikintisi ilə əlaqədar 11 mərtəbəli bina söküləcək. Xətai Rayon İcra Hakimiyyətindən anmedia.az-a bildirilib ki, bina Cavanşir körpüsünün yaxınlığında, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşir. Qeyd edilib ki, bina dövlət sifarişi əsasında söküləcək. Bina sakinləri ilə danışıqlar aparılıb və Ardı
2022-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanışlar keçirilir. Bu barədə anmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Toplanışlarda zabitlərin bilik və bacarıqları, eyni zamanda fiziki hazırlığı qiymətləndirilir, müasir ümumqoşun döyüşünün aparılması üzrə Ardı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı, vəsiqəsi və təqaüdün necə veriləcəyini açıqlayıb. Bu barədə anmedia.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının, vəsiqəsinin verilməsi və Prezidentin təqaüdünün təyin Ardı
Hindistanda Brahmdeo Mondal adlı şəxs 12-ci koronavirus peyvəndini vurdurarkən yaxalanıb. Anmedia.az xəbər verir ki, yarım saat ərzində 2 doza qəbul edən 84 yaşlı kişi peyvəndin sağlamlığına çox faydalı olduğunu bildirib. O, əvvəllər əsa ilə yerisə də, peyvənddən sonra sərbəst gəzə bildiyini iddia edib. Lakin Mandal 12-ci dozanı vurdurmaq üçün getdiyi peyvənd Ardı
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq götürülüb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan anmedia.az-a Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.