Mədəniyyət naziri Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb. Mədəniyyət Nazirliyindən Anmedia.az-a verilən məlumaat görə,mədəniyyət naziri bildirib ki, iki dost ölkənin qədim tarixə malik münasibətlərinin təməli qarşılıqlı etimad üzərində qurulub. Həmçinin mədəni və humanitar sahədə Ardı
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinə rektor təyin olunub. ANmedia.az "Report"a istinadən məlumat verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, bu vəzifəyə professor, general-leytenant Heydər Piriyev təyinat alıb. Qeyd edək ki, general-leytenant Heydər Piriyev indiyədək Milli Müdafiə Universitetinin rektoru vəzifəsini əvəz edirdi. Ardı
İyulun 1-nə olan hava proqnozu açıqlanıb.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Ardı
İyunun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib. Anmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ardı
Ötən gün Naxçıvandakı hərbi hissələrdən birində faciəvi şəkildə həlak olan əsgər Fazil Məmmədli evin tək oğlu olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ordubad rayonunun Vənənd kəndindən olan Fazilin özündən böyük iki bacısı var və onlar ailə həyatı qurublar. Bədbəxt hadisə Əlahiddə Ümumqoşun Ordunun tərkibindəki hərbi hissənin tərkibindəki işçi qüvvənin Ardı
“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında Bakı Bəyannaməsi və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Qaydaları haqqında Xartiya qəbul edilib”. Anmedia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının açılış mərasimində deyib. Bundan başqa, Qoşulmama Hərəkatı Parlament Ardı
"Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq". Anmedia.az xəbər verir ki, bu barədə iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bildirib. Ardı
Yaponiya Şərqi Çin dənizindəki qaz yatağında yeni dəniz platformasının tikintisi ilə bağlı Çinə etiraz edib.Bu barədə çərşənbə günü Yaponiya Xarici İşlər Nazirliyi məlumat verib və özünümüdafiə qüvvələrinin müvafiq tikinti işlərinin başa çatdığını təsdiqlədiyini bildirib. “Çin tərəfinin Yaponiyanın dəfələrlə etirazlarına baxmayaraq, müəyyən iqtisadi zonalar və Ardı
"Azərbaycan otuz il böyük ədalətsizliklə üzləşmişdi. Biz torpaqlarımızı işğaldan azad edərək bu ədalətsizliyə son qoyduq". Anmedia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı söyləyib. Bəzi ölkələrin Azərbaycana qarşı kampaniya apardıqlarını, iftiralar atdıqlarını təəssüflə qeyd edən Ardı
Azərbaycan hər zaman həm regional, həm də qlobal məsələlərdə öz mövqeyini nümayiş etdirib. Biz Qoşulmama Hərəkatının sədri kimi ədalətsizliyə qarşı, beynəlxalq hüququn qorunması uğrunda mübarizəmizi davam etdirəcəyik. Anmedia.az xəbər verir ki, bu barədə iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bildirib. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.