Xəzər dənizinin Dağıstan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ paytaxt Bakıda, Sumqayıt və Abşeron yarımadasında da hiss edilib. Yeraltı təkan Bakıdan 170 kilometr məsafədə 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ həmçinin Xaçmaz rayonunda da hiss edilib. Ardı
Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko Böyük Britaniyada təşkil edilən nüfuzlu “Henli Kral Reqatası”nın (“Henley Royal Regatta”) qalibi olub. ANmedia.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından verilən məlumata istinadən xəbər verir ki, olimpiya sistemi üzrə keçirilən yarışda idmançımız öz qrupunda 20 qadın avarçəkən arasında Ardı
Ölkə ərazisində iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ANmedia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer Ardı
Polşada təşkil olunan III Avropa Oyunları başa çatıb. ANmedia.az xəbər verir ki, yarışda Azərbaycan yığması ümumilikdə 11 - 3 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıb. Bu nəticə ilə yığma Avropa Oyunlarını 41 ölkə arasında 24-cü sırada başa vurub. 1-ci yeri 100 medal qazanan (35 qızıl, 26 gümüş, 39 bürünc) İtaliya tutub. İspaniya 2-ci (57 medal - 21 qızıl, 17 gümüş, 19 Ardı
Bazar günü Tonqa Krallığının sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb. ANmedia.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, təbii fəlakətin episentri təxminən 22,4 min insanın yaşadığı Nukualofadan 366 km şimalda yerləşib. Mənbə 225 km dərinlikdə olub. İtki və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi qeydə Ardı
Balıq ovuna qoyulan müvəqqəti qadağa bitdi, amma təkcə həvəskar balıqçılar üçün. Digərləri isə balıq ovlamaq üçün hələ sentyabrın 1-ni gözləməlidirlər. Zoologiya İnsititu Hidrobiologiya laboratoriyasının müdiri Süleyman Süleymanov “Xəzər Xəbər”ə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə ölkədə may ayından başlayaraq sentyabrın 1-dək balıq Ardı
Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb. ANmedia.az “Report”a istinadən xəbər verir ki, full-kontakt növündə 63,5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib. Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksinqçi fəxri kürsünün ən yüksək Ardı
İyulun 2-si Azərbaycanda Polis Günüdür. ANmedia.az xəbər verir ki, bu gün Azərbaycan Polisinin yaranmasından 105 il ötür. Ümummilli Lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Ardı
İyulun 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti iyulun 01-i axşamadək davam edib. İyulun 2-də gecə və səhər əsasən yağmursuz keçib. ANmedia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata istinadən xəbər verir ki, düşən yağıntının miqdarı Qobustanda 10 mm-dək, Ardı
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Tərtərdə saldığı "Vətən Bağı"nda türk şəhidlərin də lövhələri qurulacaq. ANmedia.az xəbər verir ki, bu barədə İB-nin sədri Emin Tarverdiyev açıqlama verib. O, qeyd edib ki, "Vətən Bağı" Şəhidlər Bağında 10 nəfər türk şəhidimizin də adına şəkilli, QR kodlu məlumat lövhəsi vurulacaq. "2021-ci ilin sentyabrında Tərtər Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.