Avqustun 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib. ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, C.Bayramov səfir Haməd bin Ardı
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Oğuzda könüllülər və tələbələr üçün keçirilən "Yay məktəbi" avqustun 16-da öz işini davam etdirib. Yay düşərgəsi çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Rəşad İlyasovun "Ekoetikanın aktuallığı" mövzusunda mühazirəsi dinlənilib. İnteraktiv sual-cavab formatında təşkil Ardı
Dövlət İmtahan Mərkəzi V ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edib. ANmedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada V ixtisas qrupunda müsabiqədə iştirak etmək Ardı
Avqustun 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Oğuz rayonunda Fondun könüllüləri və tələbələr üçün təşkil olunan "Yay məktəbi" öz işinə başlayıb. Açılış mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Oğuz Rayon İcra Ardı
“Hər kəs “Qarabağ”ın yaxşı nəticələrinə alışıb”. ANmedia.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a müsahibəsində “Qarabağ”ın kapitanı Maksim Medvedev deyib. Təcrübəli futbolçu komandasının Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Helsinki” ilə cavab matçını dəyərləndirib. - Ab-hava necədir? - Şükür, hər şey yolundadır. - Çətin səfərə yollanırsız. İlk oyunda Ardı
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2023-cü il sentyabrın 20-dən etibarən Pakistana müntəzəm uçuşlar yerinə yetirməyə başlayır. ANmedia.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, reyslər Pakistanın paytaxtı İslamabad, eləcə də onun ən böyük şəhərləri - Lahor və Kəraçi şəhərinə həyata keçiriləcək. Ardı
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. ANmedia.az xəbər verir ki, sərəncamda deyilir: “1. 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 Ardı
2023-cü ilin iyul ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 621 min barrel olub. Bunun 499 min barrelini xam neft, 122 min barrelini kondensat təşkil edib. ANmedia.az-a verilən məlumata əsasən “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft Ardı
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb. ANmedia.az “Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi məlumata istinadən bildirir ki, heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbi nümayəndələr daxildir. Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Ardı
“WhatsApp” yeni maraqlı funksiyasını işə salır. Belə ki, artıq istifadəçilər süni intellektdən istifadə edərək öz stikerlərini yarada biləcəklər. Yenilik mesencerin “Android” üçün “beta” versiyasında görünüb. Yeni funksiyaya əsasən stikerlər bölməsində “Yarat” düyməsi əlavə olunub. Onu kliklədikdən sonra istifadəçi stiker üçün mətn təsviri daxil etməlidir. “WhatsApp” Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.