OPEC+ alyansının iclası öncəsi dünya bazarlarında neftin qiyməti 1%-dən çox artıb. Anmedia.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 1,06% bahalaşaraq, 1 bareli 89,47 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 1,17% artaraq, 1 bareli 87,83 ABŞ dolları təşkil edib. İnvestorlar OPEC+ alyansının fevralın Ardı
Ötən il Azərbaycan 331,946 mln ABŞ dolları (564,308 mln. manat) dəyərində 1 148 100,77 ton buğda idxal edib. Anmedia.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasən, 2020-ci il ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 11,8% artıb, həcmi isə 15,9% azalıb. Qeyd edək ki, 2021-ci il ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,77%-inə Ardı
İşğaldan azad edilmiş ərazilərin qazlaşması sahəsində hazırkı mərhələdə yalnız layihələndirmə işləri aparılır. Anmedia.az xəbər verir ki, bunu “Azəriqaz”ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib. Onun sözlərinə görə, ilk növbədə Şuşa və Ağdam şəhərlərinin qazlaşdırılmasından söhbət gedir. Ardı
Bu ay Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib. Anmedia.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. Məlumatda deyilir ki, depozit 6 aya qaytarmaq şərti ilə yerləşdirilib. Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və qaydaları çərçivəsində həyata keçirilib və ötən Ardı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zəngilan və Laçında hava limanlarının vaxtında istismara verilməsi üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə tədbirlər görür. Anmedia.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova bildirib. "Bərdə-Ağdam dəmir yolu Ardı
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tikintisi və yenidən qurulması nəzərdə tutulan 13 avtomobil yolundan 9-u üzrə işlərə başlanılıb, 1 layihə üzrə isə mobilizasiya işləri aparılır". Anmedia.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova deyib. "Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində işğaldan azad Ardı
2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 10 müxtəlif istiqamət üzrə 310 milyon manat subsidiya ödəyib. Anmedia.az xəbər verir ki, bunu Agentliyin sədr müavini Leyla Məmmədova Avrasiya Tərəfdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun icra etdiyi “Agri-Vision” layihəsi çərçivəsində təşkil olunmuş “Aqro-Turizm Ardı
Yanvarın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,38% –.34,168.09 bəndədək, S&P 500 indeksi 0,15% – 4,349.93 bəndədək enib, Nasdaq indeksi isə 0,02% – 13,542.12 bəndədək yüksəlib. Anmedia.az xəbər verir ki, Avropa fond bazarlarında yanvarın 26-da FTSE 100 indeksi 1,33% – 7,469.78 bəndədək, Almaniyanın DAX indeksi 2,22% – 15,459.39 bəndədək, Fransanın Ardı
Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təlimi davam edir. Anmedia.az xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi Faiq Orucov “Gömrük Ardı
2021-ci ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 53 milyard manat təşkil edib. Anmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu, 2020-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,7 % çoxdur. Ötən il qeyri-dövlət sektorunun təsərrüfat Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.