Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahiblərinin “Whatsapp” platforması üzərindən Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir. “Bildirilir ki, yayılan məlumatlar həqiqəti əks etdirmirVətəndaşlarımızı bu kimi Ardı
Yanvar-avqust aylarında pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 4 mlrd. 362 mln. manat ödənilib. ANmedia.az bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata istinadən bildirir ki, sosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası bu ilin 8 ayında da davam edib. Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Ardı
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB-EBRD) prezidenti Odil Reno-Basso sentyabrın 11-13-ü aralığında Azərbaycana səfər edəcək. ANmedia.az xəbər verir ki, AYİB prezidenti Azərbaycanda Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və digər aidiyyatı dövlət qurumlarında görüşlər keçirəcək. Məlumata görə, səfər zamanı əsas diqqət Ardı
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri 0,78% artaraq 1 barelə görə 88,69 dollar təşkil edib. ANmedia.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,85% artaraq 82,64 dollar Ardı
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə məxsus “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutu, “Meliorasiya-İrriqasiya Obyektlərinin qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət” İdarəsi, “Hidrogeoloji-Meliorativ Xidmət” İdarəsi və“Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyi, ləğv olunduqlarını elan edib. ANmedia.az bu Ardı
ANmedia.az APA-ya istinadən xəbər verir ki, Aİ ölkələrində illik təbii qaz tələbi 2022-ci il üzrə 357 (2021-ci ilə nisbətən 10% az), 2023-cü il üzrə isə 339 milyard kubmetr (bu ilə nisbətən 5% az) proqnozlaşdırılıb. Fitch Ratings"in proqnozuna görə, Aİ ölkələrinin Azərbaycan qazına tələbi bu il və 2023-cü il üzrə 12 milyard kubmetr təşkil edəcək. Başqa sözlə, Ardı
İtaliya təxminən 5,3 milyard kubmetr yanacağa qənaət etməklə təbii qaz istehlakını azaltmaq üçün tədbirlər görəcək. ANmedia.az xəbər verir ki, bu barədə “Il Messaggero” qəzeti Ekoloji Keçid Nazirliyinin əsasnaməsinə istinadən məlumat yayıb. İtaliyanın enerji istehlakına qənaətlə bağlı xüsusi planına aşağıdakılar daxildir: istilik qurğularından istifadənin Ardı
Azərbaycanda dövlətə məxsus sığorta ehtiyatlarından bank depoziti kimi istifadə etmək mümkün olacaq. ANmedia.az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun bu gün təsdiq etdiyi “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nda öz əksini tapıb. Qaydaya əsasən, bir banka qoyulan depozitin məbləği həmin bankın kapitalının 20%-dən çox olmamalıdır. Ardı
Avropa İttifaqı (Aİ) ölkələrinin ekspertləri sentyabrın 7-də Rusiyadan idxal olunan təbii qazın qiymətinə limit qoyulmasını müzakirə edəcəklər. ANmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd edilib ki, sentyabrın 7-də keçiriləcək texniki iclasda Rusiya “mavi yanacağı” üçün iki mümkün strategiya nəzərdən keçiriləcək: qiymət həddi tətbiqi və Ardı
Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində sabahdan faiz dəhlizinin aşağı həddinin 2,25 faiz bəndi azaldılaraq 6,25%-dən 4%-ə endirilməsini qərara alıb. ANmedia.az bu barədə quruma istinadən xəbər verir. AMB bəyan edib ki, pul siyasəti alətlərinin yeni Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.