Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində Azərbaycanı 14 güləşçi təmsil edəcək. ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Aprelin 5-də yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Millinin 4 üzvü – Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Ardı
AFFA-nın yeni prezidenti müəyyənləşib. ANmedia.az xəbər verir ki, milli assosiasiyanın növbəti Konfransında 35 səshüquqlu nümayəndə arasında səsvermə keçirilib. Quruma yeni rəhbər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf seçilib. Ardı
Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib. ANmedia.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov həlledici raunda vəsiqə qazanıb. Bu gün tatamiyə çıxan Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal şanslarını itiriblər. Qeyd edək ki, turnirdə daha əvvəl Ardı
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib. ANmedia.az xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan 3 cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib. 73 kq çəki dərəcəsində tatami üzərinə çıxan Rəşid Məmmədəliyev uyğun ardıcıllıqla Mark Xristov (Bolqarıstan), Koen Heq Ardı
Türkiyənin Antalya şəhərində təşkil olunan "Böyük Dəbilqə" turnirində Azərbaycanın daha 3 cüdoçusu mübarizə aparacaq. ANmedia.az xəbər verir ki, təmsilçilərimiz bu gün iki çəki dərəcəsində güclərini sınayacaqlar. 73 kq-da Vüsal Qələndərzadə Keysey Nakano (Filippin) ilə, Rəşid Məmmədəliyev isə Mark Xristovla (Bolqarıstan) qarşılaşacaq. Omar Rəcəblinin (81 kq) ilk Ardı
Olimpiadaya minimum 9 lisenziya qazanmağı düşünürük. ANmedia.az bildirir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu milli üzvlərinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində çıxışı barədə danışarkən bildirib. ACF rəsmisi təmsilçilərimizin nəticələrindən razı qalıb: "İdmançılarımız "Böyük Ardı
Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən Azərbaycanın oğlanlardan ibarət U-16 yığması daha iki yoxlama oyunu keçirib. ANmedia.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda hər iki oyunda rəqiblərini məğlub etməyi bacarıb. Azərbaycan (U-16) - "Rustavi" 78:55 Azərbaycan (U-16) - Ardı
Azərbaycan tamblinq millisi Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə birinci yeri tutub. ANmedia.az-ın məlumatına görə, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadənin yer aldığı komanda bütün rəqiblərini üstələyib. Gimnastlarımız fərdi yarışlarda da 2 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar. Aleksey Karataşov və Sənan Ardı
Martın 18-də Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində media nümayəndələri arasında pnevmatik idman tapançasından 10 metr məsafəyə atəşaçma üzrə yarış keçirilib. ANmedia.az xəbər verir ki, Novruz bayramına həsr olunmuş turnirin açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Ardı
Qızıl Avropa Liqasında iştirak edəcək voleybol üzrə qadın və kişilərdən ibarət Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olunub. ANmedia.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki, hər iki yığmanın matçlarının bir turu Bakıda təşkil ediləcək. Yarışın reqlamentinə əsasən, bir turnir cədvəli olacaq və ilk 4 Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.