Azərbaycan cüdoçusu Hidayət Heydərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb. ANmedia.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində rəqib israilli Tohar Butbul olub. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Azərbaycana mundialda ilk medalı qazandırıb. Ardı
UEFA Azərbaycan Premyer Liqasında çıxış edən yeddi kluba ümumilikdə 519 578 avro ödəniş edib. AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, məbləğlər 2020/2021 mövsümündə həmin komandaların oyunçularının Millətlər Liqası turnirindəki iştirakına görə verilib. Avropa futbol qurumundan ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına Ardı
Azərbaycanın kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində start götürən Avropa Şahmat Klub Kubokuna qələbə ilə başlayıb. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, ilk turda rəqib müvafiq olaraq, İngiltərənin “Şarks” və Fransanın “Filidor” kollektivləri olub. “Vüqar Həşimov” komandası rəqibini 5,5:0,5, "Odlar Yurdu" Ardı
20 və 23 yaşlı gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci günə start verilib. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-ın məlumatına görə, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən turnirdə ilk olaraq körpücük üzərinə 73 kq-da mübarizə aparan atletlər çıxıb. Yaşı 20-yədək olan idmançılar arasında toplam 253 kq (111+142) Ardı
Azərbaycanın daha bir yeniyetmə boksçusu İtaliyanın Montesilvano şəhərində keçirilən Avropa birinciliyində Ermənistan təmsilçisinə qalib gəlib. Federasiyadan Anmedia.az-a verilən məlumata görə, 54 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Aşurəliyev 1/4 final mərhələsində Artur Avetikyanı 5:0 (29:28, 29:28, 29:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Boksçu Ardı
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, günün ikinci matçında "Qarabağ" "Neftçi"ni qəbul edib. Görüşdə hesab 24-cü dəqiqədə açılıb. Eddi İsrafilov başla fərqlənərək qonaqları önə keçirib. İlk hissə "ağ-qaralar"ın üstünlüyü ilə başa çatıb. İkinci yarıya Ağdam təmsilçisi daha fəal başlayıb. 56-cı dəqiqədə Ardı
Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Albaniyanın paytaxtı Tiranada keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, 54 kq-da çıxış edən idmançı ilk görüşdə Artyom Bulavkanı (Moldova) 2:0 hesabı ilə məğlub edib. Ardınca Relya İvkoviçə (Serbiya) də eyni hesabla qalib gələn Dadaşov 1/8 finalda Haktan Can (Türkiyə) üzərində də inamlı Ardı
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa çempionatı davam edir. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 “apasport.az”a istinadən xəbər verir ki, 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb. Komandamızın heyətində Aynur Mikayılova 1/8 final mərhələsi çərçivəsində Byanka Balintlə Ardı
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 27 sentyabr - Anım gününə həsr edilmiş 2008-2009-cu il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib. ANmedia.az xəbər verir ki, birincilikdə şəhərin məktəb, cəmiyyət və klublarının 100-dən artıq idmançısı qalib adı uğrunda mübarizə aparıb. İki gün davam edən gərgin və Ardı
16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sentyabrın 21-dan 25-dək Bakıda, 26-dan 30-dək isə Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı olacaq. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, yığma sentyabrın 27-də və 29-da Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Bakı toplanışından sonra yoldaşlıq Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.