"Bu il COVID-19 pandemiyasının son ili olmaqla yanaşı, həm də yeni həmrəylik mərhələsinin başlanğıcı olmalıdır. Məqsəd 2022-ci ilin ortalarınadək dünya ölkələrində əhalinin azı 70%-nin COVID-19-a qarşı peyvən olunmasından ibarətdir”. Anmedia.az xəbər verir ki, bunu Report-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib. “Daha yüksək Ardı
Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 295 222 031 nəfərə çatıb. Anmedi.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur. Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 457 484 nəfər təşkil edir. Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür. ABŞ COVID-19 infeksiyasına Ardı
ABŞ “Pfizer” şirkətinin koronavirusa qarşı həblərinin satınalma həcmini azı iki dəfə artıracaq. Anmedia.az xarici KİV-ə xəbər verir ki, bu barədə ölkə Prezidenti Cozef Bayden məlumat verib. İlkin olaraq, 10 milyon doza preparatın alınması planlaşdırılırdı. Qeyd edək ki, “Pfizer” şirkətinin həbləri “Paxlovid” adlanır. Bu həblərdən xəstəliyin simptomlarının meydana Ardı
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 145 nəfər ölüb. Anmedia.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib. Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 369 min 027 nəfərin test Ardı
Gürcüstanda ötən sutkada daha 2 103 nəfərə koronavirus diaqnozu qoyulub, 60 pasiyent vəfat edib. Anmedia.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Məlumata əsasən, daha 1 553 nəfər müalicə olunaraq sağalıb. Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 936 844 nəfərdə aşkarlanıb. Onların 896 868-i sağalıb, 13 860-ı isə Ardı
Moldova prezidenti Maya Sandu ölkənin NATO-ya daxil olmasını istisna edib, çünki bu, ölkə Konstitusiyası ilə qadağandır. Anmedia.az xəbər verir ki, o, bu barədə “Pro” telekanalının efirində bildirib. Onun sözlərinə görə, hələlik heç kim Konstitusiyaya dəyişiklik etməyi planlaşdırmır: “Dövlətin əsas qanunu Şimali Atlantika Alyansına qoşulmağı qadağan edir. Biz bitərəf Ardı
Böyük Britaniyanın şimal-qərbində yerləşən Pil adası üçün kral axtarılır. Anmedia.az report-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. Məlumata görə, krallığın şimal-qərbində yerləşən Barrou-in-Furness Şəhər Şurası şəhərin inzibati sərhədləri daxilində yerləşən Pil adasının kralı olmaq üçün vakansiya elan edib. Ada Furness Ardı
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın prezident seçkilərində iştirakına icazə verilməsi ilə bağlı qərar yalnız Liviya və onun məhkəmə sisteminin işidir. Anmedia.az APA-ya istinadən bildirir ki, bu barədə bu gün Liviyanın Afrigate xəbər portalı BMT baş katibinin Liviya üzrə xüsusi müşaviri Stefani Uilyamsa istinadən məlumat verib. O əlavə Ardı
Yaponiyada güclü zəlzələ olub. Anmeda.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar ölkənin cənubundakı Okinava əyalətinin Miyakojima adalarında yerli vaxtla saat 17:25-da 6 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 40 kilometr dərinlikdə yerləşib. Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur. Ardı
Rusiya Federasiyasının Başqırdıstan Respublikasında magistral yolda 22 avtomobilin iştirakı ilə qəza baş verib. Anmedi.az xəbər verir ki, bu barədə TASS Başqırdıstanın yol polisinə istinadən məlumat yayıb. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər xəstəxanaya aparılıb. Hazırda yolda hərəkət məhdudlaşdırılıb. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.