Azərbaycanda siqaret istehsalı ilə məşğul olan “Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. ANmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib. Onun sözlərinə görə, bununla da parkın rezidentlərinin sayı 17-yə çatıb. “Şirkət parkın ərazisində investisiya dəyəri 40,5 milyon manat olan tütün Ardı
Azərbaycan ərazisində iyulun 15-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. ANmedia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında yağmursuz hava gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, Ardı
“Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən Azərbaycana geri dönəcək”. ANmedia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunda 130 nəfər olacaq: “Zəvvarlar Mədinə saatı ilə 19:00-da yola düşəcəklər, Ardı
Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub. Elm və təhsil nazirinin digər əmri ilə Ardı
Bu gün “ASAN xidmət”in yaradılmasından 11 il ötür. ANmedia.az xatırladır ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. “ASAN xidmət” mərkəzləri dövlət Ardı
İyulun 14-nə gözlənilən hava şəraiti açıqlanıb. ANmedia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə Ardı
Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib. ANmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində general-leytenant H.Piriyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb. Milli Müdafiə Ardı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 11-i saat 17:00-a olan məlumatına əsasən Göytəpə, Oğuz, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qusar, Xınalıq, Quba, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Xidmətdən ANmedia.az-a bildirilib ki, şimal-qərb küləyi arabir Ardı
Azərbaycan Minifutbol Federasiyasının növbəti ümumi yığıncağı keçirilib. Orxan Məmmədov növbəti dörd il üçün federasiya prezidenti seçilib. ANmedia.az xəbər verir ki, O, bu barədə rəsmi “Twitter” hesabında paylaşım edib. Toplantıya gənclər və idman naziri Fərid Qayıbov da qatılıb. Orxan Məmmədov etimad göstərən hər kəsə təşəkkür etdiyini bildirib: “İnanıram ki, Ardı
Azərbaycanda neytron mənbəyi ilə birlikdə Ayın səthindəki süxurların hidrogen tərkibini (su və su buzu) araşdırmaq üçün istifadə ediləcək yeni “HardGamm” və “HardPix” detektorları hazırlanır. ANmedia.az xəbər verir ki, bu işlər Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.