Azərbaycan Xarici İşlər Nazirliyində struktur dəyişikliyi olub. ANmedia.az xəbər verir ki, yeni nazir müavinləri Samir Şərifov və Yalçın Rəfiyevin cavabdeh olduqları sahələr müəyyənləşib. Samir Şərifov Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik Təminat İdarəsinə cavabdeh olacaq. Digər yeni nazir Ardı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabını ingilis dilində nəşr edib. ANmedia.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb. Kitabın yazılması Azərbaycan tarixi və onun ən zəngin mərhələlərindən birini Ardı
2023-cü ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, 8 ay ərzində Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 17,6 milyard kubmetri “Şahdəniz”dən, 0,2 milyard kubmetri “Abşeron”dan, 5,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,5 Ardı
İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb. ANmedia.az-ın məlumatına görə, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib. “Macarıstana səfərimiz çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanın qəbulunda olduq. Azərbaycan-Macarıstan münasibətlərinin inkişaf dinamikası, iqtisadi əməkdaşlığın perspektivləri və birgə Ardı
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. ANmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus Ardı
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə, eləcə də bütün hərəkət iştirakçılarına müraciət edib. Qurum verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı Ardı
Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib. ANmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi Ardı
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 9-da saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Xidmətdən verilən xəbərə görə, bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Düşən yağıntının miqdarı Oğuzda 49 mm (aylıq normanın 66%-i), Qəbələdə 41 mm Ardı
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu ölkənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb. ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. R.Məmmədov C.Yılmaza yeni vəzifəsində uğurlar arzulayıb. Görüş zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərin hazırkı vəziyyəti və müxtəlif sahələrdə əməkdaşlıq imkanları Ardı
Elm və Təhsil Nazirliyi (ETN) “Salam, məktəb!” adlı kampaniyaya start verib. ANmedia.az ETN-dən verilən məlumata istinadən xəbər verir ki, oktyabrın 1-dək davam edəcək kampaniyada müəllim, şagird, tələbə və valideynlərə xitab edilir: “Əziz müəllim, əziz şagird, əziz tələbə, əziz valideyn! Bu çağırış sizin üçündür. Sosial media hesablarınızda məktəb, müəllim və Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.