Bu gün xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının xarici işlər nazirinin Avropa məsələləri üzrə köməkçisi İhab Talaat Nasrın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ANmedia.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb. Bildirilib ki, Ceyhun Bayramov iki xalq arasında mövcud olan tarixi bağlar əsasında ikitərəfli münasibətlərin inkişafını Ardı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Məlumatda qeyd olunur ki, avqustun 5-də baş tutacaq səfər zamanı Türkiyə Prezidenti Soçidə Rusiya lideri Vladimir Putinlə görüşəcək. Mənbə: Haber Global Ardı
Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradılıb. ANmedia.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, həmin seçki məntəqələri 103 seçki dairəsində yaradılıb. R.Qasımov bildirib ki, bununla da ölkədə seçki məntəqələrinin ümumi sayı 6 274-ə çatıb. Ardı
Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətləri üçün klirinq (hesablaşma) sistemi yaradıb. ANmedia.az-ın hökumətdən əldə etdiyi məlumata görə, sistem ilk olaraq avtomobillərin icbari sığortası sahəsində tətbiq ediləcək. Belə ki, AMB-nin hazırladığı yeni qaydalara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Ardı
Bakıda və Abşeron yarımadasında iyulun 28-dən 29-u səhərədək şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib. Azərbaycanın rayonlarında iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında Ardı
Azərbaycanda 7 hərbi qulluqçu və 1 nəfər Bərdə rayon sakini həbs edilib. Bu barədə Anmedia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları və qeyrilərindən ibarət cinayətkar dəstə iyulun 21-də 90 kq-dan artıq narkotik vasitəni sərhəddən keçirməyə çalışarkən qanunsuz əməlləri ifşa edilib. Baş Ardı
Növbəti il “Avroviziya” mahnı müsabiqəsinin Böyük Britaniyada keçiriləcəyi rəsmiləşib. Anmedia.az xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqı məlumat yayıb. Bildirilib ki, builki müsabiqədə qalib gələn Ukrayna Böyük Britaniyada keçiriləcək yarışmada birbaşa finala vəsiqə qazanacaq. Ardı
"Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir". Anmedia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar Ardı
Türkiyənin Kütahya və Manisa bölgələrində meşə yanğınları baş verib. Kütahyanın Emet rayonundakı meşə yanğını küləyin də təsiri ilə geniş əraziyə yayılıb. Manisanın Akhisar rayonunda otluq ərazidə başlayan yanğın isə tezliklə əkin sahələrinə və meşə ərazisinə keçib. Yaxınlıqdakı 20 ev boşaldılıb, 40 nəfər sakin təxliyə edilib. Yanğınla mübarizəyə çox sayda texnika və Ardı
İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür. Hazırda faktla bağlı araşdırma aparılır. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.