Avqustun 23-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. ANmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti əsnasında iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi Ardı
Reaktiv mühərriklər üçün TC-1 markalı və digər markalı yanacaqlar üçün 15 faiz idxal gömrük rüsumu ləğv edilib. ANmedia.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Eyni zamanda “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz Ardı
Nazir Rəşad Nəbiyev “Azercell”in strateji təşəbbüsləri və gələcək planları barədə cari status hesabatlarını dinləyib. Nazir, xüsusilə, abunəçilərin dinamik şəkildə artan ehtiyaclarını qarşılamaq üçün ölkə üzrə “Azercell” şəbəkəsinin genişləndirilməsi və modernizasiyası kimi irimiqyaslı layihənin icrasına dair hesabatla tanış olub. Bu layihə 4G şəbəkəsinin tutumunun Ardı
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Mədəniyyət paytaxtımız Şuşa şəhərində yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsi həyata keçiriləcək. ANmedia.az bu barədə APA-ya Mədəniyyət Nazirliyindən verilən məlumata istinadən bildirir ki, layihə çərçivəsində Ardı
“Azərbaycanda biosfer qoruqlarının yaradılması ilə bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir”. ANmedia.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. O bildirib ki, belə qoruqlar Cənubi Qafqazda ilk olaraq Azərbaycan ərazisində yaradılacaq: “Bu qoruğun ərazisinə vətəndaşlar daxil ola bilərlər. Buraya yaxın ərazilərdə Ardı
Avropa Alp dağlarının az qala yarısının yerləşdiyi İsveçrə xizək turizmi təhlükədədir. ANmedia.az tədqiqata istinadən bildirir ki, Federal Meşə, Qar və Landşaft Tədqiqatları İnstitutu tərəfindən aparılan araşdırmada köhnə və yeni fotoşəkillər müqayisə edilərək 2010-2016-cı illərdə buzlaqların yalnız yüzdə 12-nin əridiyi ifadə edilib. Bildirilib ki, hər buzlaq eyni Ardı
Avqustun 24-26-da 2022-2023-cü tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimi həyata keçiriləcək. ANmedia.az xəbər verir ki, 24 avqust saat 11:00-dan etibarən start veriləcək və proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada təşkil Ardı
Kiyevdə səfərdə olan Polşa Prezidenti Andjey Duda Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. ANmedia.az xəbər verir ki, bu barədə Polşa Prezident Administrasiyasının "Twitter" hesabında bildirilib. Prezident Anjey Duda prezident Zelenskinin dəvəti ilə bu gün Kiyevdədir. Səfər zamanı prezidentlər və nümayəndə heyətləri arasında Ukraynadakı vəziyyət, hərbi, Ardı
Sosial Tədqiqatlar Mərkəzində (STM) "Laçın və Laçın yolu: Vətən müharibəsində qələbənin strateji vektoru" mövzusunda dəyirmi masa keçirilib. ANmedia.az Report-a istinadən xəbər verir ki, tədbirdə deputatlar, QHT rəhbərləri, və siyasi ekspertlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, STM İdarə Heyəti sədrinin müavini professor Elşad Ardı
Pedaqoji heyətin ümumi sayı təxminən 129 min nəfərdir. ANmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, 6 saata qədər çalışan müəllimin orta maaşı 150 manat, 10 faiz əlavə olduqda 165, 35 faiz əlavə olduqda isə 203 manat təşkil edəcək. Nazir deyib ki, eyni zamanda 6 saatdan 12 saata qədər dərs yükü olan müəllimlərin Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.