Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb. ANmedia.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb. F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb. Ardı
“Mən Xarici İşlər Nazirliyinə Türkiyəyə ağır fəlakətlə mübarizə üçün sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdım”. ANmedia.az xəbər verir ki, bunu İsrail xarici işlər naziri Eli Koen tviterdə yazıb. O, həmçinin zəlzələ ilə əlaqələr Türkiyə xalqına başsağlığı verib: “Qəlbimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını arzu edirik” Ardı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə ANmedia.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Ceyhun Bayramov türkiyəli həmkarına zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak Ardı
Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib. Anmedia.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib. “Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə Ardı
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti Türkiyəyə göndərilir. Bu barədə ANmedia.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə nazirliyin ilkin olaraq 370 Ardı
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. ANmedia.az xəbər verir ki, başsağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca Ardı
Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb. ANMedia.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. - - - Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb. ANmedia.az xəbər Ardı
Avstraliyanın keçmiş müdafiə rəisi və kral donanmasının yüksək rütbəli komandiri tərəfindən iqlim dəyişikliyi səbəbindən insan sivilizasiyasının qarşıdakı illərdə necə çökə biləcəyini göstərən dəhşətli ssenari təhlili təsdiqlənib. Avstraliyanın Melburn şəhərində yerləşən beyin mərkəzi tərəfindən nəşr olunan bu təhlil iqlim dəyişikliyini bəşər sivilizasiyası üçün orta Ardı
Xərclənən pulların təhlili lüzumsuz xərcləri azaltmağa kömək edir. Bu barədə Rusiyanın Milli Maliyyə Araşdırmaları Agentliyi Analitik Mərkəzinin sosial-iqtisadi tədqiqatlar üzrə direktoru Yekaterina Suşko bədxərcliyin qarşısını almağın yolları barədə danışarkən bildirib. İqtisadçının sözlərinə görə, bir çoxları son pullarını boş şeylərə xərcləyir, sonra maaş gününə Ardı
“İşğaldan azad olunmuş ərazilərə səfər etmək unikal şansdır, çünki uzun müddət bu mümkün deyildi”. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə “Report”un əməkdaşına Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan almaniyalı səyyah Fabian Veydemann deyib. O qeyd edib ki, bu ərazilərə baş çəkmək və bu yerlərin necə dəyişdiyinin canlı şahidi olmaq çox maraqlıdır. Alman səyyah Azıx Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.