Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən ANmedia.az-a verilən məlumata görə, şimal-şərq küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer Ardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysı qəbul edib. ANmedia.az xəbər verir ki, Haysam Əl-Qays ilk növbədə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, Şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə Ardı
Baş Prokurorluq Ağdamda aşkarlanan kütləvi məzarlıqla bağlı məlumat yayıb. Prokurorluqdan Anmedia.az-a verilən məlumata görə, iyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma Ardı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Laçına növbəti köçlə bağlı məlumat yayıb. Qurumdan ANmedia.az-a bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir. İyunun 19-da növbəti köç karvanı Bakı şəhərinin Ardı
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin növbəti ildönümüdür. ANmedia.az xatırladır ki, onun şəhidlik zirvəsinə yüksəlməsindən 13 il ötür. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid Ardı
İyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovla görüşü olub. ANmedia.az xəbər verir ki, Tatarıstan Respublikasının Rəisini salamlayan Prezident İlham Əliyev deyib: “Hörmətli Rüstəm Nurqaliyeviç, bir daha xoş gəlmisiniz. Mən yeni görüşümüzə Ardı
“Böyük Zəfərin 101 şəhidi!” adlı kitabın təqdimatı keçirilib. ANmedia.az xəbər verir ki, müstəqil araşdırmaçı jurnalist, yazıçı Aydın Tağıyevin müəllifi olduğu kitab bu gün ictimaiyyətə təqdim edilib. Kitab müəllifin “Vətən” layihəsi çərçivəsində İkinci Qarabağ müharibəsinin 101 şəhidi haqqında müsahibələrindən ibarətdir. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ardı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. ANmedia.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilirlər: Ağayev Hafiz Ağalar oğlu Cəlilov Ardı
İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü olub. ANmedia.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. Ardı
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Məhz həmin tarixdə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.